hemle

TERROR TƏŞKİLATINA BÖYÜK ZƏRBƏ – 10 TERRORÇU…

Tarix:27-05-2020, 18:47
Baxış Sayı:676

Türkiyə silahlılarının İraqın şimalında apardıqları iki fərqli hava əməliyyatında 10 PKK terrorçusu zərərsizləşdirilib.

ONN media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter hesabında məlumat yayıb.

İlk əməliyyat İraqın şimalındakı Haftanin və Hakurk bölgələrində keçirilib. Kəşfiyyat və nəzarət vasitəsi ilə aşkarlanan 5 PKK terrorçusu hava əməliyyatları ilə məhv edilib.

İkinci hərbi əməliyyat isə Türkiyə Milli Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Təşkilatı ilə birlikdə təşkil edilib. İraqın şimal hissəsindəki Asos bölgəsində reallaşdırılan əməliyyat zamanı 5 PKK terrorçusu zərərsizləşdirilib.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı