hemle

Yaşıl çay ekstraktı arıqlamağınıza kömək edir?

Tarix:4-11-2024, 09:28
Baxış Sayı:501



Yaşıl çay ekstraktı əlavələrinin qəbulu əhəmiyyətli çəki itkisinə nail olmağa kömək etmir.

Bu barədə "Daily Mail"ə Redinq Universitetinin diyetoloqu Günter Kunle məlumat verib.

Mütəxəssisin sözlərinə görə, yaşıl çay uzun müddət arıqlamaq üçün potensial təbii vasitə hesab olunurdu. Onun yağ yandırıcı xüsusiyyətlərinə 16-cı əsrin Çin tibb ədəbiyyatında rast gəlinir. Müasir vitaminlər və pəhriz əlavələri istehsalçıları da guya maddələr mübadiləsini sürətləndirmək üçün tərkibində yaşıl çay ekstraktı olan məhsullar istehsal edirlər.

2016-cı ildə 115 qadın üzərində aparılan araşdırma, həqiqətən də, əlavələrin çəki itkisinə və belin incəlməsinə səbəb olduğunu göstərib. Təcrübə iştirakçıları 12 həftə ərzində gündəlik 800 mq yaşıl çay ekstraktı qəbul ediblər.

Əksinə, artıq çəki və ya piylənmədən əziyyət çəkən şəxsləri tədqiq edən digər bir araşdırma, yaşıl çay əlavəsinin statistik cəhətdən əhəmiyyətli çəki itkisinə səbəb olmadığını aşkar edib.

Diyetoloqun sözlərinə görə, ilk araşdırmanın nəticələrini şübhəli adlandırmaq olar. Bundan əlavə, arıqlama üçün yaşıl çayın faydalarını təsdiqləyən yüksək keyfiyyətli təcrübələr aparılmayıb. Bu o deməkdir ki, çay yarpaqları və ya onların ekstraktı arıqlamaq üçün ənənəvi üsulları əvəz edə bilməz.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir