hemle

İki ermənipərəst konqresmenin və Gültəkin Hacıbəylinin Azərbaycan iqtidarını devirmə planı: necə və nə ilə...

Tarix:26-05-2020, 00:06
Baxış Sayı:517

“Ələkçinin qıl verəni qismində çıxış edən Ramiz Yunus özünü kadrlar şöbəsinin müdiri kimi aparır. Qapı cırıltısına bənzəyən səsi ilə, yalançı vətənpərvərliyi ilə ət tökür. Bildiyim qədər, Amerika konqresinin bəzi üzvləri ilə Cəmil Həsənli arasında vasitəçiliyi o edir”. Milli Şuradan istefa verən Eldəniz Quliyev belə deyib.

Ramiz Yunus bir vaxtlar Müsavat Partiyasının üzvü olub. Xeyli müddətdir ki, Amerikada yaşayır. Artıq özünü amerikalı politoloq kimi təqdim edir. Həqiqətən də onun bir sıra konqresmenlərlə əlaqəsi var. Qardaşı Arif Yunus və onun həyat yoldaşı Leyla Yunus Bakıda həbsdə olarkən o dəfələrlə konqresmenlərlə görüşdü və sonda onların azadlığa çıxmasına nail oldu. Bu ailə haqqında, xüsusən onların etnik kimliyi haqqında çox yazılıb. Mən sadəcə onu vurğulamaq istərdim ki, Arif və Leyla Yunusun həbsdən azad olması üçün ən çox canfəşanlıq edən ermənipərəst konqresmenlər idi. Görünür, etnik kimliklərində olan erməni izi onlara ermənipərəst konqresmenlərlə daha rahat anlaşmaq imkanı yaratmışdı. Zamanında bu barədə Ramiz Yunusun özünə də demişdim. Demişdim ki, sizin ünsiyyətdə olmağınızla öyündüyünüz konqresmenlər istisnasız olaraq ermənipərəstdir. Özü də müvafiq faktlarla bunu ortaya qoymuşdum. Belə konqresmenlərin erməni soyqırımının tanınması üçün atdığı konkret addımlara diqqət çəkmişdim.

Aydındır ki, Ramiz Yunusun əlaqədə olduğu konqresmenlər ermənilərin işinə yaradığına görə onlar Milli Şuraya diqqət ayırmağı lazım bilirlər. Bu məsələnin üzərində bir az aşağıda daha geniş dayanacam.
Milli Şura üzvü Gültəkin Hacıbəyli tele-çıxışlarının birində dedi ki, mən sentyabr ayında iqtidara gəlməyə hazırlaşıram. Ölkədə erkən prezident və ya parlament seçkisi gözlənilmir. Onda Milli Şura 3-4 ay sonra iqtidara necə gələ bilər? O, Qənimət Zahidlə söhbəti zamanı bu məsləyə də aydınlıq gətirdi. Dedi ki, ABŞ-ın Helsinki Komissiyası Azərbaycan iqtidarını koronavirus dönəmində Əli Kərimli başqa olmaqla müxalifətçilərə qarşı repressiya siyasəti yeritməkdə ittiham edib.

Alsi L.Hastinqs (solda) Roker Viker (sağda)

( Söhbət Nümayəndələr Palatasından Alsi L.Hastinqs və senator Rocer Viker imzalayıdığı müraciətdən gedir) Bu isə o deməkdir ki, Amerika administrasiyası Azərbaycana qarşı sanksiyalar tətbiq edəcək. Yəni Gültəkin xanım əmindir ki, iki nəfərin imza atdığı bu sənəd son dərəcə önəmlidir. Sanki söhbət ABŞ Konqresinin və ya Senatının qəbul etdiyi sənəddən gedir. Guya Donald Tramp administrasiyası qəzəblə ayağa qalxıb və Amerikanının təzyiqləri qaçılmazdı. Sanksiyalarla üzləşən iqtidar tezliklə əllərini qaldıraraq təslim olacaq və hakimiyyəti Milli Şuraya ötürəcək. Əlbəttə, özləri də yaxşı bilirlər ki, bu, xam xəyaldan başqa bir şey deyil.

Gültəkin Hacıbəyli

1993-cü ildən üzü bəri Azərbaycan müxalifətinin tanınmış simaları bu səpkidə yüzlərcə bəyanatlar veriblər. Onlar ətraflarında olanları inandırmağa çalışıblar ki, daha əvvəlki kimi olmayacaq. Bu dəfə Amerika son dərəcə qərarlıdır və Azərbaycanda müxalifətin iqtidar olması üçün mümkün olan hər bir şeyi edəcək. Ən azı 25 ildir ki, bu tipli bəyanatlar səslənməkdədir.

Əvvəla, Amerikanın bizim ölkədə, hətta regionda status-kvonu dəyişmək fikri yoxdur. Bu, birmənalıdır. İngilislərin belə bir məsəli var: Dediklərinə nisbətdə əməllərinin səsi daha yüksəkdən gəlir. ("Actions speak louder than words"). Ümumiyyətlə, Amerika zəif tərəfi ancaq sözdə müdafiə edir. Əməldə isə rəsmi Vaşinqton güclünün yanında yer alır. Hazırda Azərbaycanda iqtidar müxalifətdən müqayisəolunmaz dərəcədə güclüdür. Həm də YAP iqtidarı xarici siyasətdə mərhum Heydər Əliyevdən qalmış xətti davam etdirir. Qərb və Rusiya ilə münasibətdə tarazlığı qoruyub saxlayır. Ona görə də hər iki tərəf Azərbaycanla xoş münasibətdədir.

Daha bir önəmli məqam: Azərbaycan coğrafi baxımdan İran, Rusiya və Türkiyə arasında yerləşir. Sirr deyil ki, bu ölkələrlə ABŞ arasında ciddi ziddiyyətlər var. Onlar bir çox hallarda Vaşinqtona qarşı eyni mövqedən çıxış edirlər. Bu üçbucağın içində olan Azərbaycanda Amerika istədiyini edə bilərmi? Heç bu, nəzəri baxımdan da mümkün deyil. Çünki bu ölkələr sadəcə buna imkan verməzlər.

Hər kəsin bilməyi gərəkir: ABŞ iki siyasətçinin imza atdığı sənədə görə bizim zəif müxalifətin xahişi ilə hər hansı avantürist addım atan deyil. Dünyanın hər üzünü görmüş Amerika belə səhvlərə yol verməz. Amerikanın gəlirini-çıxarını hər şeydən üstün tutan Donald Tramp administrasiyası Çinlə iqtisadi müharibədədir. Belə bir fonda Azərbaycan iqtidarı ilə problem yaratmaq Vaşinqtona əlavə başağrısından başqa bir şey deyil. Amerikanın xarici siyasətindəki prioritetlər sırasında Azərbaycanın adı belə yoxdur. İki ölkə arasındakı mövcud münasibətlər hər iki tərəfi qane edir.

Nə vaxt Amerika Azərbaycanda iqtidar dəyişikliyinə maraqlı ola bilər? Super-ölkənin Azərbaycanda ciddi maraqları var. YAP iqtidarı bu maraqları nəzərə alır. Yalnız Azərbaycan iqtidarı Amerikanım maraqlarını heçə saysa və həmin maraqlara arxa çevirsə, vəziyyət kökündən dəyişə bilər. Bax, onda ABŞ başqa olmaqla, bütün Qərb ölkələri və Qərbə bağlı təşkilatlar Azərbaycana qarşı səlib yürüşünə başlayar. Münasibətlərin indiki səviyyəsində isə buna qətiyyən ehtiyac yoxdur. Heç üfüqdə də belə bir təhlükə görünmür.


İsrail amilini də yaddan çıxarmaq olmaz. Amerikadakı yəhudi lobbisi rəsmi Bakıya ciddi dəstək verir. Azərbaycanda İrana və Rusiyaya bağlı olan Milli Şura müttəfiqləri ilə bərabər iqtidara gəlsə, İsrail ilə Azərbaycan arasındakı münasibətlər indiki səviyyədə olacaqmı? Olmayacaq! Onların iqtidar olması, başlarındakı bir sürü İrana və Rusiyaya bağlı gücləri, dinçiləri iqtidar ortağı edəcək.

İsrail üçün bundan daha pisini təsəvvür etmək belə mümkün deyil. Onlar Tehranda səslənən “İsrailə ölüm”, “Amerikaya ölüm” kimi şüarların Bakıda səslənməsini istəyərmi? Cavab bəllidir.

Mükəmməl şəkildə təşkilatlanmış yəhudilər Amerikanın əsas güc mərkəzidir. İsrailin Çinə yaxınlaşmasından bəhs edən yazımda bu amilə toxunmuşdum. Təkrar etməkdə fayda var: İsraildən sonra yəhudilərin ən çox yaşadığı ölkə Amerikadır. Orada isə müxtəlif hesablamalara görə, 5.5-8 milyon arası yəhudi yaşayır. Bu isə ABŞ əhalisinin 1.7-2.6 faizi deməkdir. Saylarının az olmasına baxmayaraq, yəhudilər Amerikanın siyasi-iqtisadi həyatında dominant mövqeyə sahibdirlər.

Bilməyənlər üçün deyim ki, Amerika Senatının 13 üzvü, Nümayəndələr Palatasının isə 27 üzvü rəsmən həm ABŞ, həm də İsrail vətəndaşıdır. Amerika dövləti ikili vətəndaşlığa icazə verir. Ancaq bu, o qədər də təqdir olunmur.

Amerika mətbuatı açıq şəkildə yazır ki, ABŞ-ın Yaxın Şərq siyasəti İsrailin istək və arzuları əsasında formalaşıb və bir çox hallarda Amerikanın milli maraqlarına cavab vermir. Yəni Amerikadakı yəhudi lobbisi o qədər güclüdür ki, hətta rəsmi Vaşinqton onların diktəsi ilə öz milli maraqlarının əleyhinə gedir. “Öncə Amerika” şüarını gizlicə və mahiyyətcə “Öncə İsrail” şüarına çevirə bilirlər.
Amerika yəhudi lobbisi üçün Azərbaycan və onun indiki iqtidarı xüsusi önəm daşıyır. Çünki Azərbaycan şiələrin çoxluqda olduğu müsəlman ölkəsidir. Ancaq şiələrin çoxluqda olduğu İraqdan fərqli olaraq, rəsmi Bakı İranın İsrailə qarşı apardığı bəlli siyasətə dəstək vermir. Üstəlik, Azərbaycan bir çox sahələrdə, o cümlədən hərbi sahədə İsrail ilə sıx əlaqələrə malikdir.

ABŞ-ın Helsinki komissiyası haqqında isə onu deyim ki, bu komissiya erməni lobbisinin xidmətində olan bir qurumdur. Dəfələrlə Ermənistanın yeritdiyi işğalçılıq siyasətinə açıq şəkildə dəstək verib. Dağlıq Qarabağdakı separatçı rejimin müdafiəsinə qalxıb.
Əlbəttə, Azərbaycanın müxalifət liderləri, o cümlədən Gültəkin Hacıbəyli də bu həqiqəti hamıdan yaxşı bilir. Amma belə nağıllarla iqtidardan narazı olan kəsmi aldatmağa və onları küçələrə çıxarmağa təşviq etməyə çalışırlar. Ümid edirlər ki, xalq inqilab edəcək. Onlar da insan selinin çiyinləri üstündə iqtidara gələcəklər.

Yaddaşı qısa olanlara xatırladaq ki, ABŞ-ın fəal ermənipərəst dairələri, xüsusilə Kristofer Smit, Frenk Pallone kimi konqresmenlər Milli Şuranı himayə edir.


Kristofer Smit (solda) və Frenk Pallone (sağda)

Kristofer Smitin təşəbbüsü ilə ərsəyə gələn "Azərbaycan demokratiya aktı - 2015" adlı layihə yadınızdadırmı? Məhz həmin sənəddə Azərbaycana qarşı sanksiyalarının tətbiqi nəzərdə tutulurdu. Milli Şuranın sədri Cəmil Həsənli dəfələrlə Kristofer Smitin fikrini dəstəkləyib və Ağ Evi Azərbaycana qarşı "Maqnitski aktı"na bənzər sanksiyalar tətbiq etməyə çağırıb. Maraqlıdır ki, 1992-ci ildə Azərbaycana qarşı tətbiq olunmuş "Azadlığa Dəstək Aktı"na 907 saylı düzəlişin müəlliflərindən biri olan Kristofer Smit 2017-ci ildə ABŞ Helsinki Komissiyasının təşkil etdiyi "Qarabağ dinləmələri"nin də əsas təşkilatçılarından bir idi. Həmin dinləmənin ana xəttini aşağıdakı tezis təşkil edirdi: “Dağlıq Qarabağ heç bir halda Azərbaycanın tərkibində ola bilməz”. Əli Kərimlinin oğlu Türkel Kərimlinin qatıldığı dinləmə necə, yadınızdadırmı? Konqresin insan hüquqları üzrə ikipartiyalı komissiyasının həmsədri Tom Lantos və “Qlobal Maqnitski siyahısı” və “Azərbaycanda Demokratiya” aktlarının həmmüəllifi konqresmen Cim Makqovern Azərbaycanda keçiriləcək referendum öncəsi 2016-cı ilin sentyabrın 15-də dinləmələr keçirdilər. Həmin dinləmələrdə Xədicə İsmayıl və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç də çıxış etdilər. Amerika erməni diasporunun fəallarından olan Armen Saakyan da dinləmələrdə iştirak edirdi. Kimdir o? Armen Saakyan Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğludur. A.Saakyan ABŞ-dakı erməni diaspronunun ən nüfuzlu qurumlarından sayılan Amerika Erməni Milli Konqresinin (ANCA) fəal funksionerlərindən biridir. Təbii ki, həmin dinləmələrdə erməni işğalından kimsə bir kəlmə söz demədi. Çünki həmin dinləmələri təşkil edən konqresmenin ermənipərəst mövqeyi hər kəsə əvvəlcədən bəlli idi...

Təbii ki, Milli Şuranı Amerikadan idarə etməyə üstünlük verən Cəmil Həsənli bunları bilməmiş deyil. Gültəkin Hacıbəyli də bu kimi olaylardan yetərincə məlumatlıdır.


Koronavirus pandemiyasına baxmayaraq, mayın 18-dən 22-dək Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirdi. 10 min hərbçi, 350 hərbi texnika təlimlərə cəlb edildi. Dərhal Amerikadan etiraz gəldi. Konqresmen Frank Pallone Amerika Erməni Milli Komitəsinin göstərişi ilə hərəkətə keçdi. Azərbaycanı ittiham edən bəyanat yayıldı. Həmin bəyanatda ABŞ-ın Azərbaycanın təhlükəsizliyini gücləndirmək üçün rəsmi Bakıya illik 100 milyon dollar yardım etməsi ciddi şəkildə pislənildi.

Təəssüf ki, Azərbaycanda iqtidarla müxalifət arasında ciddi problemlər var. 30 ilə yaxındır ki, bu problemlər üst-üstə qalaqlanıb.

Ortada olan problemlər nə qədər tez həllini tapsa, Azərbaycan üçün bir o qədər yaxşı olardı.
Azərbaycan müxalifətinin bir hissəsi olan AXCP-Milli Şura tandeminin erməni lobbisinin pulu ilə ölkəmizin əleyhinə bəyanatlar verən konqresmenlərdən iqtidara qarşı istifadə etməyə çalışması isə son dərəcə təhlükəlidir. Bu, Azərbaycanın daxili işlərinə kənar qüvvələrin müdaxilə etməsinə rəvac verir. Əminəm ki, belə şeylər Azərbaycanın milli maraqlarına ziddir. Ən optimal yol odur ki, Azərbaycanın siyasi qüvvələri qarşılıqlı güzəştlər əsasında ortaq məxrəcə gəlsinlər. Əcnəbilərə ümid bəsləmək, xüsusən ermənipərəst konqresmenlərin qoltuğuna sığınmaq vətənə xəyanətdən başqa bir şey deyil


İsmayıl Cəlilov

Diqqət edin. ABŞ-ın təzyiqi altında Milli Şura 3 nəfər üzvü ilə vidalaşmalı oldu. Səbəb? ABŞ-da yaşayan “ANS”in sabiq əməkdaşı İsmayıl Cəlilov cinsi azlıqların nümayəndəsidir. Milli Şura üzvləri onun haqqında kəskin ifadələr işlədib. Bu da Ramiz Yunus vasitəsi ilə bəlli konqresmenlərə çatdırılıb. Cəmil Həsənli tənbeh olunub. O da öz növbəsində Milli Şurada “təmizlik” işi aparıb.

Ramiz Yunus

Faktiki olaraq Milli Şura bir “qoluboy”un güdazına getdi. Hələ orası da var ki, cinsi azlıqlara həssas münasibəti ilə seçilən xalqın nəzərində Milli Şura nüfuzunu ciddi şəkildə itirdi.

Kim bizə zəmanət verə bilər ki, bir “qoluboy”a görə Amerikanın hansısa konqresmeninin təzyiqi altında öz üzvlərinə divan tutan bu təşkilat iqtidara gəldiyi təqdirdə Ağ Evdən gələn daha ciddi təzyiqlər qarşısında Dağlıq Qarabağdan ermənilərin xeyrinə imtina etməyəcək?

Azərbaycanın heç bir dövlət və qeyri-dövlət təşkilatı heç bir yabançı dövlətin təsiri altında olmamalıdır. Belələri dövlətimizə və dövlətçiliyimizə təhlükədir. Çünki onlar milli maraqlarımızı yabançıların marağına qurban verməyə hazırdırlar.

Konqresmenlərin qarşısında lakeylik edən siyasətçilərimizin diqqətinə çatdırmaq istərdim ki, ABŞ-da “Citizens for Responsibility and Ethics in Washington” (CREW) adlı bir təşkilat var. 2003-cü ildə yaranıb. Bu təşkilat əsasən Amerikanın siyasi elitasında olanların bəd əməllərini ifşa edir. İllik hesabat yayır. 2005-2014-cü illər arasındakı hesabatların ümumi nəticəsi belədir ki, bu illər ərzində 25 demokrat və 63 Respublikaçı siyasətçi bəd əməllərinə, o cümlədən korrupsiyaya görə istintaqa cəlb olunublar. Onların arasında konqresmen və senatorlar da az deyil. Məhz bu təşkilat 2018-ci ildə Donald Trampı Amerika tarixinin ən çox etikadan kənar prezidenti elan edib.

Ramiz Yunus

Faktiki olaraq Milli Şura bir “qoluboy”un güdazına getdi. Hələ orası da var ki, cinsi azlıqlara həssas münasibəti ilə seçilən xalqın nəzərində Milli Şura nüfuzunu ciddi şəkildə itirdi.

Kim bizə zəmanət verə bilər ki, bir “qoluboy”a görə Amerikanın hansısa konqresmeninin təzyiqi altında öz üzvlərinə divan tutan bu təşkilat iqtidara gəldiyi təqdirdə Ağ Evdən gələn daha ciddi təzyiqlər qarşısında Dağlıq Qarabağdan ermənilərin xeyrinə imtina etməyəcək?

Azərbaycanın heç bir dövlət və qeyri-dövlət təşkilatı heç bir yabançı dövlətin təsiri altında olmamalıdır. Belələri dövlətimizə və dövlətçiliyimizə təhlükədir. Çünki onlar milli maraqlarımızı yabançıların marağına qurban verməyə hazırdırlar.

Konqresmenlərin qarşısında lakeylik edən siyasətçilərimizin diqqətinə çatdırmaq istərdim ki, ABŞ-da “Citizens for Responsibility and Ethics in Washington” (CREW) adlı bir təşkilat var. 2003-cü ildə yaranıb. Bu təşkilat əsasən Amerikanın siyasi elitasında olanların bəd əməllərini ifşa edir. İllik hesabat yayır. 2005-2014-cü illər arasındakı hesabatların ümumi nəticəsi belədir ki, bu illər ərzində 25 demokrat və 63 Respublikaçı siyasətçi bəd əməllərinə, o cümlədən korrupsiyaya görə istintaqa cəlb olunublar. Onların arasında konqresmen və senatorlar da az deyil. Məhz bu təşkilat 2018-ci ildə Donald Trampı Amerika tarixinin ən çox etikadan kənar prezidenti elan edib.

Bu təşkilatın son hesabatında 15 konqres üzvünün adı keçir. Onların 12 nəfəri haqqında müxtəlif dərəcəli istintaq gedib. Onlar tutduqları vəzifədən özlərinin və yaxın ətraflarının varlanması üçün sui-istifadə ediblər.

Bizim müxalifətçilər isə demokratiya və insan hüquqlarından dəm vuran belə fırıldaqçıların ətəyində namaz qılmağa belə hazır görünürlər.

Bildiyim odur ki, bütün siyasi spektr yalnız və yalnız Azərbaycan xalqına istinad edərək siyasi arenada mövcud olmalıdır.

Əcnəbilərin ölkənin daxili işlərinə qarışmasına heç bir halda yol vermək olmaz. Azərbaycandakı siyasi proseslər daxildəki siyasi qüvvələrin qarşılıqlı anlaşması yolu ilə tənzimlənməlidir. Bəli, bu, çətindir. Ancaq Azərbaycan naminə hamımız bu çətin yolu seçməli və bu çətin işi asan etməyi bacarmalıyıq. “Öncə Vətəndir”, prinsipi bütün iddialardan üstün olmalıdır.

Elbəyi Həsənli,
Musavat.com
Sürix

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...