hemle

YUNUS OĞUZUN “OVÇU” ROMANI DÖVLƏT MÜKAFATINA TƏQDİM OLUNDU

Tarix:29-04-2020, 16:56
Baxış Sayı:561

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2020-ci il üçün təqdim olunan işlərin siyahısını açıqlayıb.

Siyahıda ədəbiyyat sahəsi üzrə yazıçı, publisist, “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuzun “Ovçu” romanı da yer alıb. Roman 2016-cı ildə baş vermiş aprel döyüşlərində qəhrəmancasına həlak olan Milli Qəhrəman Murad Mirzəyevin döyüş yoluna həsr olunub.

Roman haqqında ədəbi tənqidçilər, ictimai xadimlər dəyərli fikirlərini səsləndiriblər. Akademik Nizami Cəfərov roman haqda fikirlərini bölüşərkən bildirib ki, “Ovçu” tarixi romanı yazıçının kitablarının ən yaxşısıdır və Yunus Oğuzun tarixi kitablarının hamısında dəqiq faktlar var.

YAP Siyasi Şurasının üzvü Qafar Əliyev vurğulayıb ki, vətənpərvərlik mövzusunda “Ovçu” kimi tarixi romanlara böyük ehtiyac var və yaxşı olardı ki, bu roman bir çox dillərə tərcümə edilsin.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Yunus Oğuzun təqdim etdiyi “Ovçu” adlı tarixi romanda həqiqətlər əks olunub. Kitab 2016-cı ildə baş vermiş aprel döyüşlərindən bəhs edir. Həmin hadisələr milli şüurumuzu yenidən oyatdı.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qeyd edib ki, “Ovçu” romanı Azərbaycan gerçəklikləri əsasında yazılıb və Yunus Oğuz müstəqillik dövrü Azərbaycan tarixi romanının əsas yaradıcılarından biridir.

“Ovçu” kitabının redaktoru, yazıçı Elçin Hüseynbəyli vurğulayıb ki, Yunus Oğuzun “Ovçu” romanında əsl Azərbaycan qəhrəmanı obrazı yaradılıb. Bu obrazlar gənclərimiz üçün bir nümunədir.

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu qeyd edib ki, “Ovçu” romanında tarixi məqamlara müasir baxışdan yanaşılıb. Bu əsəri Yunus Oğuzun uğuru kimi qəbul etmək lazımdır.

Dünya Azərbaycanlıları Milli Birlik Təşkilatının prezidenti Cavad Derəxti bildirib ki, əsərdə əksini tapmış qəhrəman obrazı əlli milyonluq azərbaycanlının təmsilçisidir. İstərdim ki, kitab əski əlifbaya çevrilib Güney Azərbaycanda da yayılsın.

“Ovçu” romanı Özbəkistanın paytaxtı Daşkənd şəhərində də oxuculara təqdim edilib. Romanı özbək dilinə tərcümə edən filoloq alim Gülbahar Aşurova qəhrəmanlıq və vətənpərvərlik mövzusunda yazılan “Ovçu” romanında yaradılan obrazların gənclərimiz üçün bir nümunə olduğunu qeyd edib, kitabın təbliğinin gənclərin vətənpərvərlik ruhunun inkişafında müsbət rol oynayacağını söyləyib.

Bundan əlavə roman türk dilinə də tərcümə olunub.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR