“Mnesipp, indi bil ki, skitlər (saqalar) dostluq yolunda necə qəhrəmanlıqlar edirlər”
İlk dəfə türkcəyə çevrilən«Dostluq» dastanı
(Toksar söyləyən saqa dastanı)
Əslən suriyalı olub Samosatda doğulmuş Lukian əsərlərini yunan dilində yazmışdır. Onun «Dostluq» adı ilə yazdığı saqa dastanı skit (saqa)bilgəsi Toksarın dilindən söylənir, ancaq Lukianın II əsrdə qələmə aldığıbu saqa dastanını ona Toksar danışa bilməzdi, çünki Toksarın ondan 7 əsr öncə yaşaması, m.ö. 594-də Afinaya gələn yerlisi Anaxars adlı saqa bilgəsilə görüşməsi tarixi qaynaqlardan bəllidir. Lukian özü də «Skit ya qonaq» adlı yazısında bu görüşdən bəhs edir. Bu baxımdan, Lukianınqələmə aldığı dastanın daha qədim bir nüsxədən köçürülməsi aydın olur.
Yazar dastanı yaşadığı II əsrin durumuna uyğunlaşdırmağa çalış-dığı üçün bəzi qondarma adlar işlədir, bəlli adlarda dəyişiklik edir. Örnə-yin, Bospor çarı Levkon(m.ö. 387-347) dastanda Levkonar kimi, Arsaq, Adırmaq adları da Arsakom, Adirmax kimi verilir. Antik çağ qaynaqla-rında Toksar adını Toksaris, bəzən də Toksaridşəklində yazsalar da, busaqa bilgəsinin adı sonralar səl¬cuq¬lu Kereküci Qo¬canın oğlu Toksırmışın adında (Toksır-mış) görünür. Dastanda Dandamis kimi verilən saqa adı daAlpamıs, Bilgamıs, Toxtamış kimi türk antroponimlərilə eyni quruluşdadır. Öncə türk boylarından olan qamər (kimer) elinin yaşadığı Bospor krallığı artıq Toksarın vaxtında (m.ö.VII-VI əsrlərdə) yavaş-yavaş Yunan kaloni-yasına çevrilməkdə idi. Bospor krallığı Azaq dənizindən Qaradənizə (Ponta) açılan və qədim qaynaqlarda Panti-qapı (Pantikape)adlanan keçidin hər iki sahilində yerləşirdi.
Saqa bilgəsi Toksardan və onun yunanlı Mnesippə danışdığı heka-yəni Samosatlı Lukianın qələmə almasından ötəri də olsa, öncə məlumatvermişdik. Ancaq Lukianın qələmə aldığı bu skit hekayəsini, daha doğ-rusu, «Dostluq» adlısaqa-oğuz dastanını ilk dəfə türkologiyada tanıtmaq üçün müəyən ixtisarla burada gözdən keçirmək yararlı olar:
7. Bunu bil ki, skitlərdə dostluqdan üstün bir şey yoxdur, dostunun ağır, çətin durumunda onun yanında olmağı ilə fəxr edir, eyni zamandabizdə dostluğa xəyanət ən böyük ayıb sayılır… Ona görə də, biz dostluğu qoruyan yaxşı iyələrə Koruq deyirik, bu sizin dildə təxminən «dostluğun himayəçi tanrıları» anlamına uyğun gəlir.
10….indi bir neçə çağdaşımızı seçib, mən skitlərə, sən də ellinlərə aid onların uğursuzluğu və başına gələn əhvalatı danışaq…
35.Toksar: Bax, beləcə, sənin kimi gəlişi gözəl, təmtəraqlı sözlərlə yox, çünki bizdə bər-bəzəkli nitq deyil, görülən iş əsasdır, indi mən başla-yıram danışmağa…
36. Mən sənə çoxlu öldürmə, savaş və dost yolunda ölüm olayların-dan danışacağam ki, skitlərin igidliyi qarşısında sizin qəhrəmanlığınızın nə qədər cılız olduğunu biləsən. Bizdə daima savaşlar olur, ya biz başqaları üzərinə basqın edirik, ya başqalarının basqınına tuş gəlirik, ya da otlaqlar, qənimətlər uğrunda döyüşürük və bu nədənlə, yaxşı etibarlı dostların olma-lıdır. Ona görə də, biz ən güclü və yenilməz silah sayılan qırılmaz dostluq bağı qururuq.
Bu söhbətə girişdən sonra Toksar skitlərin dostluğuna aid üç hekayə danışır; hekayələrin birində Dandamıs ilə Amizok arasındakı dostluqdan, ikinci hekayədə isəBasıt (Basat?) iləAmizo-kun qohumu Belitti arasında olan dostluqdan bəhs olunur və hər iki hekayədə ağır duruma düşmüş dostunu xilas etmək motivi yer alır. Burada dostluq bağının and içmə ilə başlan-ması, bunun üçün bir içki qədəhinə hər ikisi barmağını çərtib qan damışzdıraraq içmələri söylənir. Bu nədənlə, «and içmək» deyimini biz bugün də qullanırıq. Toksarın söylədiyi üçüncü hekayə isə Oğuznamələrdə gördüyü-müz bölgələr və ölkələr arası savaşlara həsr olunsa da, bu savaşların gündəmə gəlməsiningerçək səbəbi sadiq dostların bir-birinə yardım etməsiydi.
44. Üçüncüsü,Mnesipp, mən sənə Makent, Lonxat və Arsakomun arasında olan dostluqdan danışacam. Bosporluların hər il bizə verəcəyi vergi bu dəfə üç ay gecikdiyindən, onu almaq üçün elçi kimi göndərilən bu Ar-sakom orada Bospor çarı Levkanorun Mazayyu adlı qızına vurulmuşdu,qonaqlıq vaxtı ucaboy və gözəl Mazayyunu sevmiş, həm də kədərlənmişdi. Artıq vergilə bağlı tapşırıq yerinə yetirilmiş, onun şərəfinə çar şölən hazır-lamışdı. Basporda belə bir gələnək vardı, evlənmək üçün gələn elçilər belə şöləndə istəklərini dilə gətirir, özünü tanıtmaq üçün nə qədər malı-mülkü olması barədə məlumat verir; bu şölənə gələn elçilər sırasında lazların baş-çısı Tigrapat, maxlilər yurdunun hökmdarı Adirmax da vardı. Adətə görə, hər bir aday öz istəyini bildirib, sonra sakitcə başqaları ilə yanaşı yeməyə oturmalı idi; yeməkdən sonra içki dolu qədəh tələb edib, içkini masanın üstünə töküb, qızı istəməsini deyərək var-dövləti, soyu və qüdrəti olması ilə özünü öyməli idi.
45. Beləcə, bütün elçilər bu gələnəyə uyğun içkini tökərək, qızı istə-diklərini deyib, özlərinin hakimiyətini, mülkünü, varını sadalayandan sonra Arsakom da qədəh istədi, ancaq içkini tökməyib, birbaşa içdi, çünki içkini dağıtmaq bizdə günah sayılır. O dedi: «Hökmdar, qızın Mazayyunu mənə ver, mən imkanımla, dövlətimlə bunların hamısından üstünəm». Levnakor sadə skitlərdən biri kimiArsakomun yoxsul olmasınıbilsə də, yenə ondan soruşdu: «Arsakom, sənin nə qədər sürün və neçə araban var? Axı sizdəvar-dövlət bununla ölçülür». O da belə cavab verdi:«Mənim nə sürüm, nə də arabam yoxdur, ancaq mənim heç bir skitdə olmayan güvəndiyim ikiyaxşı dostum var». Onun sərxoş olduğunu düşünüb, bu sözlərinə xeyli güldülər, digər adaylardan üstün sayılan Adirmax da gəlinlə yarın ölkəsinə gedəcəkdi.
Arsakom yurduna qayıdandan sonra əhvalatı dostlarına danışdı və qonaqlıqda olan yarışmada «mənim bu adaylardan üstünlüyüm var-dövlətdə deyil, iki etibarlı dostumun olmasıdır» deməsini lağa qoyub, güldüklərini söylədi, qızı da 10 qızıl qədəhi, 80arabası olan Adirmaxa verdiklərini dedi. Dostu Lonxat: «Sənə olan bu təhgir həm də bizi aşağılamaqdır» – dedi.
47. «Bu durumda nə etməliyik?» – deyə, Makent ondan soruşdu, Lonxatbelə cavab verdi: «Onlardan iki türdə qisas almalıyıq, mən Arsakoma söz verirəm ki, ona Levkanorun kəlləsini gətirəcəm, sən də gedib qızı gətirmə-lisən». Bu təkliflə razılaşdılar və Arsakoma da dedilər ki, sən də burada qalıb silah və ordu topla, çünki bu olayın sonu savaşla bitəcək, öküz dərisi üzərində otursan, bu iş sənin üçün çətin olmayacaq, çünki adın-sanın var, bizim də yaxınlarımız çoxdur. Bunu deyib, ayrıldılar, Lonxatla Makent atlanıb, biri Bospora, o biri də Adirmaxın dalınca getdi, Arsakom da dəri üzərində oturmağa və yaraq-yasaq toplamağa hazırlaşdı.
Bu skit boyunda savaşa hazırlaşmaq üçün «öküz dərisində oturma» adəti vardı, bu gələnəyə görə, birinə qarşı haqsızlıq olanda, o, öçünü təkba-şına ala bilməyəcəyi durumda bir öküz kəsib ətini bişirir, dərisini yerə səribüstündə oturur. Bunu görənlər gəilb ətdən yeyir, sağ ayağını dəri üzərinə qoyub,ona yardımçı olurlar; biri öz hesabına beş atlı, biri on atlı, biri də daha çox döyüşçü verir. Bu tür toparlanma əskər andı sayılır və savaşda daha uğurlu olur. Arsakom da öküzü kəsib ətini bişirmiş, dəri üzərində oturmuşdu. Buraya 5 min atlı, 20 min yaya (piyada) və ağıryaraqlı toplanır.
Bospor çarının yanına gələn Lonxat ona deyir ki, sənin təhqir etdiyinArsakom sənə qarşı savaşa hazırlaşır, artıq böyük ordu toplayıb, mən onun düşməniyəm, əgər şərtimi qəbul etsən, mən gedib onu öldürərəm. Bospor çarı Levkanor soruşur ki, şərtin nədir, onu açıqla. Lonxat deyir ki, ikinci qızın Barketi mənə ver, ancaq and iç ki, sözünü tutacaqsan. Çar bu təklifə razı olduğunu deyir, ancaq Lonxat bu andın savaş tanrısı Aresin məbədində verilməsini və oraya ancaq ikisinin girməsini, qaravulda olanların oradan uzaqlaşdırılmasını, bu olayı Arsakoma xəbər verə biləcək birinin olmama-sını istəyir. Gərəkli tədbirləri alıb, ikisi məbədə girəndən sonra Lonxat çarıöldürür, başını kəsib, paltarının altında gizlədərək məbəddən çıxır, oradakıqoruqçulara deyir ki, çar məbəddə dua edir, ora girməyin, özü də şəhərdənqıraqda saxladığı atına minib yurduna, dostu Arsakomun yanına yola düşür.
Beləliklə, Lonxit dostu Arsakoma verdiyi sözü yerinə yetirir, Bospor çarının kəlləsini ona gətirir. Arsakoma sevgilisi Mazayyunu gətirmək üçün onun ardınca gedən dostu Manketdə Adirmaxın ölkəsinə gedərkən yolda Bospordakı olaydan xəbər tutur. O, Adirmaxın yanına gəlib, özünü çarın qohumu kimi qələmə verir və Adirmaxa deyir ki, başsız qalan Bosporda hakimiyət üzərində dava gedir, xalq isə öldürülmüş çarın damadı kimi səni hökmdar olmağa dəvət edir. Manketin sözlərinə inanan Adirmax Bospora tez çatmaq üçün yola çıxır, Mazayyunu da qohunu kimi Manketə tapşırır və arxasınca gəlmələrini söyləyir. Adirmax uzaqlaşandan sonra Manket dəqızı atın tərkinə alıb, Saqa elinə yönlənir. Beləcə, o da dostu Arsakoma verdiyi sözü yerinə yetirmiş olur.
Hər iki istəyinin gerçəkləşməsindən duyğulanan Arsakom dostlarınatəşəkkür edəndə Manket ona deyir ki, bu bizim dostluq görəvimizdir, buna təşəkkür etməzlər, biz bütöv bir bədənin hissılıriyik, bir qolun yaralanmış o biri qola yardım etməsi doğaldır. Adirmax isə hələ Bospora çatmamış Manketin onu aldatdığını öyrənib, ordusunu Saqa elinə yönəldir və artıq Bosporda hakimiyəti ələ almış Evbiot da ona yardım edir, onlar birlikdə 90 min döyüşçüylə hücuma keçirlər. Dostlar aldanmış düşmənlərin hücum edəcəklərini öncədən bildikləri üçün 30 min döyüşçü toplamışdılar, Arsa-komun başçılığı onların qarşısına çıxırlar, savaş başlanır. Savaşda sayca az olan igid saqa döyüşçüləri aslan kimi döyüşsə də, düşmən qoşunu bəzi bölükləri sıxışdırıb çıxılmaz duruma sala bilmişdi. Bu durumun təsviriylə yekunlaşan dastanın son bölümü belədir:
55. Lonxit ilə Manket ağır döyüş gedən bölükdə idilər, hər ikisi ya-ralanmışdı, Lonxit böyründən, Manket də başı ilə çiynindən. Bunu görən Arsakommühasirəyə düşmüş bölüyün içində olsa da, «Vurr ha!» (Urra) savaş hayqırtısıilə düşmənin sırasını güclü bir təpərlə pozub, atını dost-ları darda olan bölüyə yönəltdi. Ora çatan kimi, qılıcla Adirmaxın başına elə bir zərbə vurdu ki, bədəni ikiyə bölündü. Bunu görən qarşı tərəfin dö-yüşçüləri meydandan qaçmağa başladılar, qaranlıq düşdüyündənonların ardınca gedən bizimkilər geri qayıtdılar. Ertəsi gün onlar barışıq üçün elçi heyəti göndərdilər və biz üç tələb irəli sürdük: əsirlərin qaytarılması, düş-mən olan sindlərinbizə tabe olması və bosporluların ikiqat vergi verməsi. Bu tələbləri qəbul etdilər və beləcə barış gerçəkləşdi. Mnesipp, indi bil ki, skitlər (saqalar) dostluq yolunda necə qəhrəmanlıqlar edirlər.
Prof. F.Ağasıoğlu.