hemle

Azərbaycanda ağır xəstəliklər yaradan antibiotik təhlükəsi: Qarşısını necə alaq?

Tarix:11-10-2024, 15:53
Baxış Sayı:433



Tədqiqatçılar uzun müddətdir ki, antibiotiklərə qarşı müqavimətin ictimai sağlamlıq problemi olduğunu bildirirlər. "Səssiz epidemiya" olaraq da adlandırılan antimikrobiyal müqavimətlə bağlı yeni araşdırma dəhşətli həqiqəti ortaya çıxarıb. Bununla bağlı heç bir tədbir görülməsə, 2050-ci ilə qədər 39 milyondan çox insanın öləcəyi proqnozlaşdırılır. Tədqiqatın müəllifləri 2022-ci ildən 2050-ci ilə qədər antimikrobiyal müqavimət səbəbindən ölümlərdə təxminən 70 faiz artım olacağını proqnozlaşdırırlar. Qeyd edək ki, tədqiqat 204 ölkədə xəstəxana qeydləri, sığorta və ölüm şəhadətnamələri daxil olmaqla 520 milyon məlumat toplusunda araşdırılıb.

Məsələ ilə bağlı həkim-terapevt Sübhan Hacıyev açıqlama verib.

O bildirib ki, 20-ci əsrin əvvəllərində pensilin antibiotikin kəşfi tibbdə yaxşı mənada böyük bir rezonans və inqilaba səbəb olub:

“Çünki bu antibiotiklə bir çox bakterial infeksiyaları müalicə etmək mümkün olub. Müasir tibbdə yüzlərlə antibiotik növləri var ki, onlar da bir çox bakterial infeksiyaların müalicəsində bizə çox böyük yardımçı olur. Unutmaq lazım deyil ki, əgər bakterial infeksiya yoxdursa antibiotik təyin etmək olmaz. Heç bir peşəkar həkim bakterial infeksiyanı təsbit etmədən antibiotik təyin etməz. Əfsuslar olsun ki, günümüzdə bir çox insanlar var ki, öz-özlərinin müalicəsi ilə məşğuldurlar. Acınacaqlı bir vəziyyətdir ki, ölkəmizdə insanlar rahatlıqla gedib aptekdən antibiotiklər ala bilirlər. Nəticədə əgər bir bakterial infeksiya yoxdursa qəbul edilən dərman həmin şəxsə pis təsir edir”.

Həkim diqqətə çatdırıb ki, antibiotik özbaşına təyin olunub, qəbul ediləcək dərman deyil:

“Bir həkim-terapevt olaraq insanlara tövsiyəm odur ki, qətiyyən antibiotik təyinini özbaşına etməsinlər. Hər hansı bir tibb işçisinin onlayn müayinəsi və yaxud tövsiyəsi nəticəsində də qəbul etməsinlər. Bir mənanlı olaraq həkim müayinəsində olduqdan sonra bakterial infeksiyanın kliniki əlamətləri və laborator müayinələrlə təsdiqləndikdən sonra antibiotik təyini mütləq şəkildə həkim tərəfindən təyin olunmalıdır. Hər bir antibiotik hər kəsə eyni dərəcədə təsir etməyəcəyinə görə mütləq şəkildə həkim müayinəsindən sonra diqqətlə təyin olunur. Çox yaxşı olardı ki, ölkəmizdə də bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi antibiotik satışı apteklərdən mütləq şəkildə resept əsasında olsun. Mütləq şəkildə bu reseptlər həkim-infeksionistlər tərəfindən də dəyərləndirilsin. Nəticədə biz antibiotik rezidentliyinin qarşısını alaraq, gələcək nəsillərdə ağır infeksion xəstəliklərin qarşısını ala bilərik”.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ