hemle

Rusiyalılar vəfat etmiş yaxınlarının külünü həqiqi brilyantlara çevirirlər: Qiymət açıqlandı

Tarix:1-10-2024, 14:11
Baxış Sayı:444



Rusiya paytaxtında qeyri-adi bir xidmət - vəfat etmiş yaxınların külünü həqiqi brilyantlara çevirmək populyarlıq qazanır.

Bu barədə "Koroçe" "Telegram" kanalı xəbər verib.

Bildirilib ki, getdikcə daha çox moskvalı ölən qohumlarının xatirəsini bu cür ekstravaqant üsulla əbədiləşdirmək üçün böyük məbləğ ödəməyə hazırdır. Belə ki, "xatirə brilyantı"nın qiyməti 5 000 avrodan (təxminən 9.4 min manat) başlayır.

Mütəxəssislər yüksək qiyməti insan külündən qiymətli daşyaratma prosesinin son dərəcə mürəkkəb və əmək tələb edən bir proses olması ilə izah ediblər: əvvəlcə küldan təmiz karbon çıxarılır, sonra qrafitə çevrilir. Və yalnız bundan sonra qrafitdən həqiqi almaz yetişir ki, onu da cilalayıcı ustalar parlaq brilyanta çevirirlər.

O da vurğulanıb ki, bahalı olmasına baxmayaraq, xidmətə tələbat hər ay artır.

Bununla belə, hüquqşünaslar xəbərdarlıq ediblər ki, mərhum insanın külü ilə bu cür davranış ölülərin cəsədlərinə qarşı təhqir kimi qiymətləndirilə bilər. Lakin Rusiyada hələ ki, "xatirə almazları" hazırlanmasına görə məsuliyyətə cəlb edilmə presedenti olmayıb.

Digər xəbərlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
13:45 Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
13:41 Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
13:34 Mərkəzi Bankın yeni binası təhvil verilir
13:19 GƏRGİN DEBAT: Putin AQRESSİVLƏŞDİ, Qərb ŞOKDA, müharibə ŞİDDƏTLƏNDİ – SAVAŞ NİYƏ ALOVLANDI?
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR