hemle

GÜCLÜ KÜLƏYİN FƏSADLARI DAVAM EDİR – BU DƏFƏ…

Tarix:24-05-2020, 19:40
Baxış Sayı:504

“Bakı küləklər şəhəridir” ifadəsi bizim üçün adiləşsə də, külək zərər vurmaqda davam edir. Dünəndən etibarən havanın qeyri-stabil keçməsi paytaxtın müxtəlif yerlərində fəsadlara səbəb olub.

ONN media xəbər verir ki, Bayıl qəsəbəsi Neftçi Qurban küçəsindəki bir ağac da güclü külək səbəbindən qəzalı vəziyyətə düşüb.

Yaşıllaşdırma təsərrüfatı birliyinin şöbə müdiri Orxan Məmmədovun sözlərinə görə, bu mövsümdə güclü küləyin olması ağacların aşma ehtimalını daha da artırır:

“Çünki ağaclar hazırda inkişafdadır və üst hissəsində yaşıl kütlənin çox olması aşmanı payız-qız mövsümünə nisbətən daha çox edir. Külək ərazidə tikintisi aparılan obyektin təhlükəsizlik hasarını da uçurub”.

Küləkli havanın fəsadı səhər saatlarında Heydər Əliyev prospektində də müşahidə edilib.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir