hemle

Dünya Ərdoğanın BMT-dəki bu çıxışından danışır: görün necə meydan oxudu

Tarix:25-09-2024, 15:12
Baxış Sayı:437



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-yə müraciəti dünya mətbuatında geniş işıqlandırılıb. Ərdoğanın İsrailə ünvanladığı sözlər Amerika və Avropa mediasının manşetlərində yer alıb.

Birləşmiş Millətlər Təşkilatında çıxış edən Ərdoğan Qəzzanın “dünyanın ən böyük qadın və uşaq qəbiristanlığına” çevrildiyini bildirib. O, Təl-Əviv rəhbərliyini tənqid edərək, Qəzzada BMT və Qərb dəyərlərinin öldüyünü vurğulayıb.

Ərdoğan Netanyahunu Hitlerə bənzədərək “Hitler 70 il əvvəl dayandırıldığı kimi Netanyahu da bu gün dayandırılmalıdır” deyib. Onun bu sözləri dünya mətbuatının manşetinə çevrilib.

Ərdoğan İsrail tərəfindən öldürülən jurnalistlərin onların həmkarları olduğunu beynəlxalq mətbuata xatırladıb. Türkiyə liderinin bu sözləri “The New York Times”, “Politico”, “Die Welt”, Xorvatiyanın dövlət televiziyası HRT, “Ta Nea" kimi KİV-lərdə geniş işıqlandırılıb.

Digər xəbərlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
13:45 Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
13:41 Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
13:34 Mərkəzi Bankın yeni binası təhvil verilir
13:19 GƏRGİN DEBAT: Putin AQRESSİVLƏŞDİ, Qərb ŞOKDA, müharibə ŞİDDƏTLƏNDİ – SAVAŞ NİYƏ ALOVLANDI?
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR