hemle

Lavrovdan Ərdoğana GÖZLƏNİLMƏZ DƏSTƏK: "Dünya beşdən böyükdür"

Tarix:20-10-2021, 08:56
Baxış Sayı:260

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi "BMT-nin beş daimi üzvü dünyanın qalan hissəsini diktə etmək hüququna malik deyil" fikrinə dəstək verib.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Ərdoğanın BMT ilə bağlı son illərdə dilə gətirdiyi islahat çağırısına dünya miqyasında dəstək verilir.

Lavrov Soçidə keçirilən "Valday" forumundan sonra çıxış edərkən bildirib ki, dünyada BMT-nin qurulduğu dövrdən daha artıq ölkə var.

Lavrov bu faktların işığında BMT-nin yenidən təşkilinin zəruriliyini ifadə edib.

"Mən Ərdoğanla razıyam ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün dünyanın taleyini diktə etmək hüququ yoxdur", - deyə Rusiya XİN başçısı bildirib.

Qərb ölkələrinin BMT-ni nəzarət altında saxladıqlarına işarə edən Lavrov deyib ki, inkişaf etməkdə olan Asiya, Afrika və Latın Amerikası ölkələrinin də Təhlükəsizlik Şurasında iştirakı təmin olunmalıdır.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının toplantısında çıxış edən Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi "Dünya beşdən böyükdür" ifadəsi son zamanlar müzakirə mövzusuna çevrilib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir