hemle

YENİ BƏLANIN ayaq səsləri eşidildi - Bu ölkədə 5 nəfər epidemiyadan ÖLDÜ

Tarix:23-09-2024, 08:41
Baxış Sayı:551



Misirin cənubunda yerləşən Asvan əyalətində nadir rast gəlinən mədə-bağırsaq xəstəliyinin epidemiyası qeydə alınıb.

Əyalətin qubernatoru İsmayıl Kamal bu qeyri-adi xəstəlikdən beş nəfərin öldüyünü bildirdi.

Qubernator, ölüm səviyyəsinin artmadığını, xəstəxanalarda xəstələrin vəziyyətinin stabil olaraq qaldığını vurğulayıb.

İ.Kamal həmçinin epidemiyanın Nil çayının sənaye tullantıları ilə çirklənməsi ilə əlaqəli ola biləcəyi ilə bağlı şayiələri də təkzib edib. O, əlavə edib ki, təmizləyici qurğuda mütəmadi olaraq sınaqlar aparılır, tullantı suları xlorla təmizlənir.

Rusiyanın Misirdəki səfirliyi vətəndaşlara qastroenterit epidemiyası səbəbindən Asvana səfər edərkən mümkün risklər barədə xəbərdarlıq edib və səyahətdən çəkinməyi və gigiyenik təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edib.

Digər xəbərlər
20:13 Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
13:45 Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
13:41 Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
13:34 Mərkəzi Bankın yeni binası təhvil verilir
13:19 GƏRGİN DEBAT: Putin AQRESSİVLƏŞDİ, Qərb ŞOKDA, müharibə ŞİDDƏTLƏNDİ – SAVAŞ NİYƏ ALOVLANDI?
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib