hemle

Türkiyə qorxusu Yunanıstanı buna da məcbur etdi: Görün nə planlaşdırıblar

Tarix:17-09-2024, 15:13
Baxış Sayı:453



Türkiyənin müdafiə sənayesində irəliləyişi və hərbi sistemdə etdiyi islahatlar Yunanıstanda təşviş yaradıb. Yunanıstanın müdafiə naziri Nikos Dendias silahlı qüvvələrin tam yenidən qurulması istiqamətində işlərin aparıldığını açıqlayıb.

Açıqlamaları ilə tez-tez Türkiyənin reaksiyası ilə üzləşən Dendias monastırda iştirak etdiyi dini mərasimdə çıxış edib.

Silahlı qüvvələri yenidən quracaqlarını ifadə edən nazir araşdırmanın baş nazir Kiriakos Mitsotakisə təqdim edildiyini də bildirib.

Dendias çıxışında adını çəkmədən Türkiyəyə işarə edib: "Biz 11 milyon əhalisi olan kiçik bir ölkəyik. Təhdidlərlə üzləşirik və bizə qarşı ən əsaslı iddia 100 milyona yaxın əhalisi olan ölkədən gəlir. Nəticədə ehtiyat hərbi elementdən istifadə edilmədən ölkə müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması üçün hazırlıq səviyyəsinə çata bilmərik”.

Özlərinə uyğun strukturu müəyyən etmək üçün oxşar ölkələri araşdırdıqlarını qeyd edən nazir bu dəyişiklikləri yeni ilə qədər edəcəklərini açıqlayıb.

Digər xəbərlər
20:13 Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
13:45 Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
13:41 Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
13:34 Mərkəzi Bankın yeni binası təhvil verilir
13:19 GƏRGİN DEBAT: Putin AQRESSİVLƏŞDİ, Qərb ŞOKDA, müharibə ŞİDDƏTLƏNDİ – SAVAŞ NİYƏ ALOVLANDI?
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib