hemle

Qarabağla bağlı yeni təxribat planının detalları - İki gün sonra nə edəcəklər?

Tarix:17-09-2024, 15:10
Baxış Sayı:368




ABŞ-da erməni diasporu Qarabağla bağlı növbəti təxribata hazırlaşır.

Sentyabrın 19-da ermənipərəst konqresmenlər Kristofer Smit və Ceyms MakQovernin həmsədrliyi ilə Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçiriləcək.

Dinləmələrin mövzusu “Azərbaycanda insan haqları” ilə bağlıdır. Lakin Amerika Erməni Komitəsi (ANCA) tərəfindən dəstəklənən dinləmələrdə əsas müzakirə mövzusu “hərbi əsirlərin və siyasi məhbusların vəziyyəti, Qarabağda erməni mədəniyyət obyektlərinin statusu, ermənilərin Qarabağa qayıtmaq hüququ” olacaq.

ANCA-nın icraçı direktoru Aram Hambaryan bildirib ki, konqresmenlər Smit və MakQovernin ermənilərin Qarabağa qlobal mandat və beynəlxalq himayəçilik altında qayıdışına nail olmaqda göstərdikləri səyləri alqışlayırlar.

Qarabağda keçmiş qondarma rejimin “hüquqşünası” olmuş Geqam Stepanyan, qondarma “artsax xalqının əsas hüquqlarının müdafiə komitəsinin” üzvü Qarnik Kerkonyan dinləmələrdə “şahid” kimi iştirak edəcək.

Konqresmenlər Kristofer Smit və Ceyms MakQovern erməni lobbisinin əsas üzvləridir və daim erməni maraqlarını müdafiə etmək məqsədilə “Azərbaycanda insan haqları”na dair iddiaları gündəmə gətiriblər. 2015-ci ildə Kristofer Smitin hazırladığı “Azərbaycanda demokratiya aktı” adlı qondarma sənədin də məqsədi rəsmi Bakını Qarabağda “təslimçi sülhə” məcbur etmək məqsədi daşıyırdı. Smitin təklifi belə idi ki, Azərbaycan rəhbərliyinə qarşı sanksiyalar tətbiq edilsin və Qərb ölkələrinə girişi yalnız Qarabağla bağlı danışıqlarda iştirak üçün verilsin. Nəticədə Qarabağda həmin vaxt mövcud olan status-kvonu saxlamağa çalışırdılar. Azərbaycan daşnakların kabusuna çevrilən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu oyunları pozdu və Qarabağı azad etdi. Lakin erməni diasporu/lobbisi Bakıya qarşı təxribatlardan əl çəkmir. İki gün sonra amerikalı konqresmenlərin sədrliyi ilə keçiriləcək dinləmələr də növbəti təxribat cəhdidir. Məqsəd Qarabağda məhv edilən erməni separatizmini beynəlxalq dəstəklə yenidən dirçəltməkdir. Bu planlarını məhz “Azərbaycan insan haqları” örtüyü ilə gizlətməyə çalışırlar.

Digər xəbərlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
13:45 Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
13:41 Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
13:34 Mərkəzi Bankın yeni binası təhvil verilir
13:19 GƏRGİN DEBAT: Putin AQRESSİVLƏŞDİ, Qərb ŞOKDA, müharibə ŞİDDƏTLƏNDİ – SAVAŞ NİYƏ ALOVLANDI?
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR