hemle

“Qarabağdakı qanunsuz rejimin əməlləri üzə çıxarılmalıdır”

Tarix:20-10-2023, 10:44
Baxış Sayı:642

Fransanın “Vicdan azadlığı uğrunda assosiasiyaların koordinasiyası birliyi” hüquq-müdafiə təşkilatı 30 il ərzində Qarabağda mövcud olan qanunsuz rejimin erməniəsilli sakinlərin hüquqlarının kütləvi şəkildə pozulması faktlarının aşkarlanması ilə bağlı kampaniyanın başlanması ilə bağlı bəyanat yayıb.

Müvafiq bəyanat təşkilatın saytında yerləşdirilib.

Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti həm Xocalı faciəsi qurbanları, həm də erməniəsilli sakinlərin iztirabları naminə ədaləti bərpa etməli, qanunsuz rejimin "rəhbərlər"ini cəzalandırmalıdır.

O da qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin öz ölkəsinin bayrağını Xocalı şəhəri üzərində dalğalandırması qətliamın 613 günahsız qurbanı üçün tələb olunan ədalət hissini oyadır. Bu hiss Qarabağda qanunsuz rejimə rəhbərlik etmiş və Xocalı qətliamı kimi bir sıra hərbi cinayətlərdə əli olan keçmiş səhra komandirlərinin Bakıda dəmir barmaqlıqlar arxasında olduğu vaxtda daha da güclənir.

“Həqiqi barışığa nail olmaq üçün ədalətin təntənəsi və işğal illərində erməniəsilli sakinlərin pozulmuş hüquqlarının bərpası lazımdır. Bu baxımdan keçmiş səhra komandirlərinin məhkəməsi zamanı Azərbaycan da Qarabağın erməni əhalisinin hüquqlarının qanunsuz rejim tərəfindən pozulduğunun üzə çıxarılmasını təmin etməlidir”, - bəyanatda vurğulanır.

Bildirilir ki, insan hüquqlarının pozulması ilə bağlı faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə ötən ildən başlanmış “Qarabağda insan hüquqları üzrə maarifləndirmə kampaniyası” da fəaliyyətini davam etdirir.

Qeyd edək ki, fransız hüquq müdafiəçilərinin sözügedən bəyanatı 2020-ci ildən başlayaraq Azərbaycana qarşı qərəzli mövqeyi ilə gündəmdə olan Emmanuel Makrona qarşı cavabdır. Qarabağla bağlı Azərbaycan və Ermənistan arasında münaqişənin həllində guya ədalətli və tərəfsiz vasitəçi olmağa iddia edən Fransa Emmanuel Makronun prezidentliyi dövründə açıq-aşkar Ermənistanın işğalçılıq siyasətinə dəstək verdiyini bəyan edib.( Report)

Digər xəbərlər
18:24 “Bolt”da artıq pul tutulur - DİQQƏTLİ OLUN
18:22 Bakıda 110-a yaxın bina SÖKÜLƏCƏK - Hamısı bu rayonun ərazisindədir
18:19 Gözdən yayınmış rəng: Alimlər görün nə kəşf etdi
18:14 Həkimlər xəbərdarlıq etdi: İdeal təzyiq ölçüsü bu qədər olmalıdır
18:08 Papa öldü: Yeni Papanın Bakıya münasibəti necə olacaq?
18:03 Yeni Papa nə vaxt və necə seçiləcək? – Ağ tüstü göründükdə...
18:01 Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam
17:58 ABŞ yeni Papanın seçilməsi üçün plan qurub: Rusiya açıqladı