hemle

İƏT dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb

Tarix:18-03-2023, 11:40
Baxış Sayı:103

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumda bildirilib.

"1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik" adlı qətnamədə 26 fevral 1992-ci il tarixində Xocalıda Azərbaycan mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğın pislənilir, dünya birliyi bu qırğını soyqırımı, insanlıq əleyhinə cinayət və müharibə cinayəti olaraq qəbul edilməyə çağırılır və "Xocalıya ədalət" ictimai kampaniyasına dəstək ifadə olunur", - məlumatda qeyd edilib.

Xatırladaq ki, martın 16-17-də İƏT Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyası keçirilib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir