hemle

TÜRKPA-dan Xocalı soyqırımının ildönümü ilə bağlı BƏYANAT

Tarix:1-03-2022, 19:33
Baxış Sayı:203

Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən biri olan Xocalı qətliamının 30-cu ildönümü ilə əlaqədar soyqırım qurbanlarının xatirəsi ehtiramla yad edilib, Azərbaycan xalqına və hökumətinə başsağlığı verilib.
Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinə edilən hücum nəticəsində misli görünməmiş qətliam törədilib, yaşlılar, qadınlar, uşaqlar da daxil olmaqla yüzlərlə günahsız Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib, yaralanıb və əsir götürülüb. Bu qətliam tarixə ən qəddar və qeyri-insani cinayətlərdən biri kimi daxil olub. Üzərindən illər keçsə də, Xocalı qətliamı qurbanlarının xatirəsi unudulmur.

Bəyanatda dünya miqyasında həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyasında TÜRKPA-nın Azərbaycan hökumətinə dəstəyi ifadə olunub.

Qeyd edilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad edərək şanlı Zəfər qazanıb və tarixi ədaləti bərpa edib. Bütün türk dünyasının qürur mənbəyi olan böyük Zəfər Azərbaycan xalqının qələbə əzminin parlaq təcəssümüdür.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir