hemle

Təbiət amansız oldu, “Armageddon” başladı - Ölkənin 4000 hərbçisi...

Tarix:15-09-2024, 11:19
Baxış Sayı:559



Polşanın cənubunda güclü yağışlar səbəbindən hava şəraiti daşqınlarla çətinləşib.

Bu barədə RMF FM radiostansiyası xəbər məlumat yayıb.

Bildirilib ki, ölkənin bəzi rayonlarında ən yüksək (üçüncü) dərəcə intensiv yağışlar olacağı barədə xəbərdarlıq edilir. Ekspertlərin fikrincə, sakinləri “çox çətin gecə” gözləyir.

“Qarşıda kritik bir gecə var, tam səfərbərlik lazımdır. Bu gecə və bəlkə də bazar günü rekord miqdarda yağıntı olacaq”, - Polşanın Baş naziri Donald Tusk "X"də yazıb.

Radiostansiyanın məlumatına görə, yerli sakinlərə qum torbaları paylanılır və ölkənin 4000 hərbçisi təbii fəlakətlə mübarizəyə cəlb olunub. Yolların yuyulması səbəbindən qatarlar işləmir, insanlar avtobusla hərəkət edirlər.

Bystrzyca Kłodzka meri vəziyyəti "Armageddon" adlandırıb və sakinləri təxliyə etməyə çağırıb.

Digər xəbərlər
20:34 Xankəndidə işləmək istəyənlərin nəzərinə - Boş iş yerləri var
20:13 Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
13:45 Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
13:41 Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
13:34 Mərkəzi Bankın yeni binası təhvil verilir
13:19 GƏRGİN DEBAT: Putin AQRESSİVLƏŞDİ, Qərb ŞOKDA, müharibə ŞİDDƏTLƏNDİ – SAVAŞ NİYƏ ALOVLANDI?