hemle

Sabah hava necə olacaq?

Tarix:23-02-2021, 14:03
Baxış Sayı:296

Azərbaycanda sabaha olan hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, fevralın 24-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Çovğun olacağı ehtimalı var.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 0-4 dərəcə şaxta olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 779 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Gecə və səhər yolların buz bağlayacağı gözlənilir.

Fevralın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir dumanlı, yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, fevralın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun kəskin aşağı enəcəyi gözlənilir ki, bu da əksər insanlar üçün əlverişsizdir.

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları