hemle

Alimlərdən "içkili insan düzünü deyər" stereotipi ilə bağlı açıqlama

Tarix:3-09-2024, 08:42
Baxış Sayı:562



Spirtli içkilər bir çoxunun düşündüyünün əksinə, insanları daha dürüst və səmimi etmir.

Bu barədə ABŞ Milli Alkoqol və Alkoqolizm Tədqiqatları İnstitutundan olan alimlər bildiriblər. Onlar tədqiqatlarının nəticələrini "Live Science" portalında dərc ediblər.

Elm adamlarının sözlərinə görə, spirtli içkilərin qəbulu ekstraversiyaya - daha aktiv və sərbəst sosial davranışa səbəb olur. Bu, alkoqolun beyində lənglik yaratması ilə əlaqədardır.

"Alkoqollu insanın düşünmədən, sadəcə öz impulsları ilə hərəkət etmək ehtimalı daha yüksəkdir. Bu, alkoqolun beynin davranışı tənzimləyən və emosional impulsları idarə sahəsi olan prefrontal qabıqdakı siqnalları yatırtması səbəbindən baş verir. Bundan əlavə, alkoqol, həmçinin beyində qorxu və narahatlıq hissi yaratması ilə tanınan strukturu - amiqdalanı da yatırdır. İnsan ayıq olduqda, amiqdala adətən xəbərdarlıq siqnalları göndərir ki, bu da insanı pis vəziyyətdə qoya biləcək bir şey deməsinə və ya etməsinə mane ola bilər", - deyə onlar izah ediblər.

Alimlərin sözlərinə görə, məlum effektlərə baxmayaraq, eksperimentlər zamanı spirtli içkilərin insanları istəmədikləri halda məhz həqiqəti deməyə məcbur etdiyinə dair sübut tapılmayıb. Onlar bildiriblər ki, alkoqol insanları daha danışqan və emosional ifadələrə meyilli edir, bu isə ətrafdakılar tərəfindən səmimi fikirlər axını kimi qəbul edilir.

Digər xəbərlər
20:59 Bu şagirdlərə attestat verilməyəcək
20:54 Bu saytlara girməyin! Pullarınız oğurlana bilər
20:48 Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
20:45 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalandı
20:34 Xankəndidə işləmək istəyənlərin nəzərinə - Boş iş yerləri var
20:13 Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI