hemle

Ukrayna Rusiya ilə barışıqda maraqlı deyil - Buna icazə verilməyəcək

Tarix:23-08-2024, 11:34
Baxış Sayı:8






Kiyev çətin ki, Rusiya ilə sülh danışıqları aparmağa razı olsun. Çünki Qərb ölkələri buna imkan verməyəcək.

Publika.az "Regnum"a istinadən xəbər verir ki, bu fikri Rusiyanın Xarkov vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri Vitali Qançev deyib.

“Məncə onlar çox güman ki, bu barışıqda maraqlı deyillər”, - deyə o, Vladimir Zelenskinin sülh danışıqlarına razılıq verə biləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.

Administrasiya rəhbərinin sözlərinə görə, Ukrayna hakimiyyətinin Rusiya ilə sülh danışıqlarına hazır olduqları barədə bəyanatları siyasi şücaət və ya yüksək şüardan başqa bir şey deyil. Çünki əslində onlar Rusiya Federasiyasında heç kimə yaraşmayacaq şərtlər qoyacaqlar. Qançev qeyd edib ki, Kiyev üçün Rusiya ancaq məğlub tərəf kimi görünə bilər və buna görə də Ukrayna tərəfi heç bir sülh danışıqlarına razı olmayacaq.

“Zelenskinin heç nəyə qərar vermir. Onlara həqiqətən bunu etməyə icazə verilməyəcək. Qərbdə çox güman ki, Rusiyanı yormaq üçün uzun sürən münaqişə istəyirlər”, - deyə o, əlavə edib.

Digər xəbərlər
20:59 Bu şagirdlərə attestat verilməyəcək
20:54 Bu saytlara girməyin! Pullarınız oğurlana bilər
20:48 Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
20:45 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalandı
20:34 Xankəndidə işləmək istəyənlərin nəzərinə - Boş iş yerləri var
20:13 Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI