hemle

"Ukrayna sülh naminə ərazilərindən imtina edəcəkmi?" - sualına Zelenskidən CAVAB

Tarix:11-04-2022, 17:42
Baxış Sayı:212

Ukrayna prezidenti Vladimir Zelenski "CBS" telekanalının "60 dəqiqə" proqramına müsahibə verib.

Müsahibədə Zelenskidən sülh üçün Ukraynanın hər hansı bir hissəsindən imtina etməyə hazır olub-olmadığı soruşulub.

Ukrayna dövlət başçısı cavabında sülh naminə Ukrayna ərazilərini Rusiyaya verməyə hazır olmadığını bəyan edib.

"Biz ümumiyyətlə dövlətimizdən, ərazilərimizdən imtina etməyə hazır deyilik. Və düşünürəm ki, biz hazır olsaydıq, müharibə olmazdı. Biz Rusiya tərəfini başa düşürük. Başa düşmədiyim Krımın Rusiya ərazisi kimi tanınmasıdır. Mən bunu tanımıram. Və sonra onlar Donbassla bağlı sualları həll etmək istəyirlər və iştahları artıb, onlar bütün Donbassı istəyirlər, sonra isə Xerson bölgəsini və cənubun bir hissəsini ələ keçirib müvəqqəti işğal ediblər və bilirik ki, onlar çox həvəslidirlər", - deyə Zelenski bildirib.

Digər xəbərlər
09:40 İnanılmaz kəşf: Okeanlarda plastik yeyə bilən göbələklər var
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...