hemle

“Məni niyə dəvət edirsən, xizək sürməyə?” - Zelenskidən Lavrova cavab

Tarix:28-01-2022, 21:29
Baxış Sayı:197

Ukrayna Prezidenti Vladimir Zelenski onu Rusiyaya dəvət edən xarici işlər naziri Sergey Lavrovun təklifinə cavab verib.

hemlemedia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Zelenski Rusiya lideri Vladimir Putinlə heç bir formatda görüşməkdən qorxmadığını, lakin Soçidə niyə görüşməli olduğunu anlamadığını deyib:

“Görüşmək istəyirəm, heç bir formatdan qorxmuram, ikitərəfli... - fərqi yoxdur, hazıram. Məni niyə Soçiyə dəvət edirsən? Xizək sürməyə? Biz sadəcə nədən danışırıq? Ciddi şeylərdən. Yaxşı, onda Odessada görüşək, dənizdə üzək. Mən ciddi dialoqdan danışıram. Çox çağırışlarımız, çox sualımız var. Yaxşı, bütün sualları verməyək, biri olsun. Gəlin tutulan şəxsləri mübadilə edək”.

Xatırladaq ki, Lavrov “Əgər Zelenski Rusiya ilə münasibətlərin normallaşmasını müzakirə etmək istəyirsə, biz hazırıq, Moskvaya, Soçiyə və yaxud Sankt-Peterburqa gəlsin” deyə açıqlama vermişdi.

Ukrayna liderinin ofisinin rəhbəri Andriy Yermakın sözlərinə görə, Ukrayna tərəfi də ABŞ lideri Co Baydenin iştirakı ilə üçtərəfli danışıqlar aparmaq istəyir.

Bundan əlavə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya xarici işlər naziri Sergey Lavrovun razılığı əsasında amerikalı və rusiyalı həmkarları ilə üçtərəfli danışıqlara hazır olduğunu açıqlayıb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir