hemle

"Əbülfəs Qarayevi nazir olanda niyə tənqid etmirdiniz?" — Həmidə Ömərova ƏSƏBILƏŞDİ

Tarix:21-05-2020, 18:01
Baxış Sayı:844

Xalq artisti Həmidə Ömərova Mədəniyyət naziri Əbülfəs Qarayevin işdən çıxarılması haqqında danışıb.
O, “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində bu haqda xəbərsiz olduğunu vurğulayıb.

“Mənim bundan xəbərim yox idi, indi eşidirəm. Ona görə bu barədə heç bir şey deyə bilmərəm”.

Xalq artisti vəzifədən azad olunan insanların başqaları tərəfindən tənqid olunmasının doğru olmadığını da deyib.
“Niyə kimsə vəzifədən gedən kimi başlayırıq, onun arxasıyca danışmağa, əlimizə bir balta alıb, vurmağa? Mən o insanlara üzümü tutub demək istəyirəm ki, niyə nazir vəzifədə olanda siz, onun səhv hərəkətlərini tənqid etmirdiniz? Əgər o zaman danışmamısınızsa, indidə susmağa davam edin. Arxadan atılan daş topuğa dəyər ”, - deyə o, fikrini tamamlayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Əbülfəs Qarayevi Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

Vüsalə Balayeva
Ölkə.Az

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir