hemle

“Şuşanın bombalanması müharibənin başlanması deməkdir”

Tarix:21-05-2020, 17:15
Baxış Sayı:503

Bu gün saat 18:00-da Şuşadakı Mədəniyyət Evində Qarabağ separatçılarının yeni lideri Araik Arutunyana “andiçmə mərasimi” düzənlənəcək. Ermənistanın Baş Naziri Nikol Paşinyanın da “mərasimdə” iştirak üçün Şuşaya gələcəyi gözlənilir.

Azərbaycanda bəzi ictimai-siyasi fəallar bunun qarşısını almağı tələb edirlər. Hətta Şuşanın Azərbaycan ordusu tərəfindən bombalanmasını təklif edənlər də var.

Modern.az-a danışan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev isə indiki halda bunun mümkün olmadığını düşünür:

“Şuşanın bombalanması müharibənin başlanması deməkdir. Buna qədər isə müəyyən işlər görülməlidir. Əvvəla xalqı inandırmalıyıq ki, sülh yolu ilə Qarabağı azad etmək mümkün deyil. Bundan başqa Rusiya ilə danışıb onu problemin həllinə razı salmağa çalışmalıyıq. Qonşu İranla bu istiqamətdə ciddi danışıqlar aparmalıyıq. Tam əsasda peşəkar ordu qurmalıyıq. Təcili olaraq bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatda proteksionizmə son qoyulmalı, ölkədən kapitalın qaçışının qarşısını almaq və xarici investisiya cəlb etmək üçün mülkiyyətin toxunulmazlığına təminat verən müstəqil məhkəmə hakimiyyəti yaradılmalıdır.

Xarici siyasətlə əlaqədar Ermənistana və dünya birliyinə sözdə yox, əməldə Qarabağın işğalı ilə barışmayacağımızı nümayiş etdirmək üçün Bakıda milyonluq mitinq təşkil olunmalı, Ermənistanın atəşkəs rejimindən istifadə edib torpaqlarımızı işğal altında saxlayıb məskunlaşdırdığını əsas götürərək danışıqlar prosesindən çıxmamaq şərtilə atəşkəs haqqında Bişkek protokolundan çıxdığımızı bəyan etməliyik. Onu da bəyan etməliyik ki, əgər bundan sonra da Minsk qrupu Ermənistana təzyiq etməsə, həmin qrupdan da imtina edəcəyik. Həqiqətən də bir müddətdən sonra da Minsk qrupundan çıxdığımızı bəyan etməliyik. Heç bir siyasi təzyiqdən, şantajdan qorxmamalıyıq. Bütün itkiləri göz önünə alıb torpaqlarımızı azad etməliyik”.

Deputat qeyd edib ki, atəşkəs haqqında razılaşmadan imtina etsək, Ermənistanın danışıqlardan imtina etməsi çox az inandırıcıdır.

“Amma edirlər, qoy onlar danışıqlardan imtina etsinlər. Müharibəyə başlamazdan öncə biz bunları etməliyik ki, dünya birliyi görsün ki, biz son ana qədər çalışdıq ki, sülh yolu ilə ərazi bütövlüyümüzü bərpa edək, amma alınmadı, heç kim Ermənistana təzyiq etmədi”, – deyə Q.Həsənquliyev bildirib.

Sozcu.az

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ