hemle

Gülər xanımın vətəndaş əzmi, həkim şəfqəti ...

Tarix:30-07-2024, 11:00
Baxış Sayı:496

Gülər xanımın vətəndaş əzmi, həkim şəfqəti ...
“Hər birimiz bir şam işığı qədər işıq verə bilsək,
planetimizin günəşə ehtiyacı qalmaz”
Mustafa Topçubaşov

Yaşı cəmiyyətin yaşı qədər olan həkimlik nəcib və məsuliyyətli peşələrdən biridir. İnsanların sağlamlığının keşiyində dayanmağı özünə həyat amalı seçənlər yaddaşlarda əbədi yaşayırlar.
Məşhur rus yazıçısı, həkim A.P.Çexov həkimlik sənəti haqqında demişdir: "Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır". Həqiqətən də, belədir.
Qadın zərif olsa da, onun fəaliyyətində bir həyat naxışı boya tutur. İllər o naxışı ana məhəbbəti ilə süsləyir, zaman ucalıq əzmi ilə. Buna görə qadın həmişə hər evdə işıq kimi təcəssüm tapır...
Gülər həkim Azərbaycan qadınının həyat eşqini özündə ifadə edən cəmiyyəti qadını səciyyəvi olaraq xoş məramla xarakterizə edir. Biz də o xoş anın təbəssümünü daim öz çöhrələrimizdə tuturuq. Bu məsələni, özüm üçün, hələ uşaqlıq illərindən seçmişəm. Mən həkim olmaq istəyirəm.
Qədim və humanist peşə olan həkimlik insanların səhhətinin qorunmasına, xəstəliklərin qarşısının alınmasına yönəlib. Elə 2022-ci ildən Abşeron Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsinin müdiri kimi fəaliyyət göstərən həkim-nevroloq Gəncəliyeva Gülər Allahverdi qızı da əzəmətli bir qadın kimi həyata, cəmiyyətə dürüst istiqamətlər verir, aid olduğu sahənin bilicisi kimi dövlətçilik işində maksimum fərqlənir. Onun xəstələrə diqqət və qayğısı günün reallığı kimi təzahür edir. O, mütəmadi yığıncaqlarda öz dəyərli məsləhətlərini əsirgəmir. Əvvəlki çatışmamazlıqları səbr və təmkinlə aradan qaldırılması istiqamətində tövsiyələr verir. Bunun nəticəsidir ki, Abşeron rayon səhiyyəsində hazırda bir çox müsbət dəyişikliklər əldə edilib, cəmiyyət rayon səhiyyəsi haqqında müsbət fikirlər səsləndirir.
Həkim adını və nüfuzunu şərəflə qoruyan, aid olduğu peşəni məşəl kimi öndə aparan Gülər Gəncəliyeva bütün fəaliyyəti boyu bu ənənəyə sadiq qalıb.
Ümumiyyətlə, həyatını ictimai işlərə sərf edərək xoş məram, xeyirli məqsəd aşılayan insanlar cəmiyyətin xüsusi ehtiramına layiqdirlər. Bu insanlar həm də dövlət və dövlətçiliyimizin vacib resurslarıdır. Belə insanların əhatəsində olanda könüllər durulur... Səmimi etiraf edək ki, bir-birindən layiqli xidmətləri ilə könüllərdə həyat işığı yandıran, təcrübəli həkim-nevroloq Gülər Gəncəliyeva da qəlbində misilsiz Azərbaycan sevgisi gəzdirir, aid olduğu sahəyə şərəflə qulluq edir. Onun xalq ruhu ilə həmahəng olan işləri Azərbaycanın dövlətçilik xəzinəsinə misilsiz töhfələrdir. Onun insanlara məhəbbəti, odlu vətənpərvərlik hisləri, ictimai saflığa münasibəti, dərin koloritli ictimai fəaliyyəti Azərbaycan həqiqətlərinin parlaq səhifələrindəndir.

Qısa məlumat:
Gülər Gəncəliyeva 1989-cu ildə Ağcabədi rayonunda anadan olub. 2006- cı ildə Kimya-biologiya təmayüllü liseyi bitirib. Rusiya Federasiyası V.İ.Razumovskiy adına Saratov Dövlət Tibb Universitetinin “Müalicə işi” fakültəsində təhsil alıb. 2015-2019-cu illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim-nefroloq ixtisası üzrə rezidentura təhsili alıb. 2020-ci ildə “Azərsutikinti” xəstəxanasının Hemodializ şöbəsində həkim-nefroloq kimi çalışıb. 2020-ci ildə Ege Hospitalda həkim-nefroloq işləyib. 2020-2022-ci illərdə Bona Dea İnternational Hospitalda həkim-nefroloq kimi fəaliyyət göstərib. Bir neçə çap olunmuş elmi məqalənin müəllifidir. Bir çox Beynəlxalq və yerli Konfranslarda məruzəçi və iştirakçı kimi çıxış edib. Azərbaycan Nefroloqlar Cəmiyyətinin və Türk Nefroloji və Transplantoloqlar Dərnəyinin üzvüdür. 2022-ci ildən Abşeron Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsinin müdiri işləyir.
Gülər Gəncəliyevanın xəstəsi olanlar onun səmimiyyətini ən başlıca məqsəd kimi dəyərləndirirlər. Elə yaxın dostumuz, “qazilr.az” saytının redaktoru, Vətən müharibəsi veteranı Cəbrayılov Elşən Qardaşxan oğlunun anası Məmmədova Səkinə Məhəmməd qızı da Gülər xanımımn insanlığını, səmimiyyətini alqışlayır, onun xəstələrə olan münasibətini yüksək qiymətləndirir. 10 iyun 2024-cü ildən 29 iyun 2024-cü ilədək Abşeron Rayon Mərkəzi Xəstəxanasında müalicə alan Səkinə xanım Gülər həkimin istedadına böyük önəm verir, onun tibb elminə olan sevgisini insanlara olan diqqət kimi mənalandırır.
Təkcə dostumuz Elşən Cəbrayılovun anası Səkinə xanım deyil, yüzlərlə insan şəfa tapdığı üçün Gülər həkimə minnətdardır.
Yuxarıda dediyimiz kimi, həyatını ictimai işlərə sərf edərək xoş məram, xeyirli məqsəd aşılayan insanlar cəmiyyətin xüsusi ehtiramına layiqdirlər. Bu insanlar həm də dövlət və dövlətçiliyimizin vacib resurslarıdır. Belə insanların əhatəsində olanda könüllər durulur...
Həkim peşəsi olduqca məsuliyyətli və çətindir. Bu qədim sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. Əlbəttə ki, bu geniş ruhiyyə və insanlığa dərin məhəbbət tələb edir. Həyat üçün məsuliyyət daşımağa hazır olmaq lazımdır. Gülər xanım deyir ki, mənin ən böyük arzularımdan biri, həkim sənətinə yiyələnmək, onun sirlərini bilmək və doğma respublikamızın səhiyyəsinə öz töhfəmi verməkdir.
Səmimi etiraf edək ki, bir-birindən layiqli xidmətləri ilə könüllərdə həyat işığı yandıran, təcrübəli həkim-nevroloq Gülər Gəncəliyeva da qəlbində misilsiz Azərbaycan sevgisi gəzdirir, aid olduğu sahəyə şərəflə qulluq edir. Onun xalq ruhu ilə həmahəng olan işləri Azərbaycanın dövlətçilik xəzinəsinə misilsiz töhfələrdir. Onun insanlara məhəbbəti, odlu vətənpərvərlik hisləri, ictimai saflığa münasibəti, dərin koloritli ictimai fəaliyyəti Azərbaycan həqiqətlərinin parlaq səhifələrindəndir.
Gülər xanıma can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.


Hüseyn İsaoğlu Məmmədov, AYB-nin və AJB nin üzvü, Yazıçı-publisist

Digər xəbərlər
17:21 Təhlükəsizlik baxımından bunları bilmək vacibdir
14:34 TƏBİB partlayışda xəsarət alanların son vəziyyətini açıqladı
14:31 ABŞ Rusiya və İrana kosmosdan zərbə endirəcək - Gizli silah
14:29 ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
14:25 Erməni nümayəndə BMT-də çıxılmaz vəziyyətdə qaldı, azərbaycanlılarla bağlı həqiqəti etiraf etdi
14:21 İsrail xüsusi xidmət orqanları İranın 200-dən çox kiberhücumunu qeydə alıb
08:49 Yer təhlükədə: Artıq 15 milyon kvadrat kilometr torpaq tükənib
08:46 "WhatsApp" milyonlarla "iPhone" smartfonunda işini dayandıracaq