hemle

Bu deputat meşədən icazəsiz giləmeyvə yığanların cərimələnməsini, hətta cəzalanmasını tələb edirdi..

Tarix:20-05-2020, 19:01
Baxış Sayı:573

Təbrik edirəm! Ürəyimin ən dərin guşəsində bəslədiyim bütün arzularım sizinlədir. Allah sizinlə bağlı bütün arzularımı həyata kecirsin, Amin!

Bu yaxınlarda sabiq deputat (2 dəfə ), Xalq yazıcısı, nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, Elmira Axundova Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Sallah o dəyqə başlamayın ki, bu deputat meşədən icazəsiz giləmeyvə yığanların cərimələnməsini, hətta cəzalanmasını tələb edirdi..Əcəb eliyib! Oğlu da filan -filan işlər görübdü, nə bilim kiməsə pul atıbdı. Oğluda əccccəb eliyib...yaxşı eliyib. əlinin icindən gəlib... Di hı....

Kasıbıb hesabladığı yeganə əyləncə: Varlının malı -mülkü

Hələ o tanınmış publisist Firuz Haşımov var haaa, işini-gücünü atıb, gedib hörmətli deputatımızın hörmətli oğlunun əməllərindən yazıb! Ağsaqqal , işin-gücün yoxdu sənin?????Haqlı olaraq, Axundovlar da onu veriblər məhkəməyə! Publisistin 195 manatlıq pensiyasının 100 manatını da mehkeme gözünə döndüyüm alıb verib Axundovlara!Qərar o qədər haqlı qərardı... alqışlamaq ücün day söz tapa bilmədim!!
Hələ bir bu ağsaqqal adam durub Elmira xanımın varın-dövlətin haqq-hesab edirmiş:. Ağsaqqal ayıb deyil, belə şeylər yazıb özünü ifşa edirsen?

“AUDI Q 7″ minik avtomobili, ili 2012, nişanı, Az 10 LS 050 30.05.2013.
Bundan əlavə, Elmira Axundovanın adına:
Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi 146/ Kapitanski 146 ünvanında 2 mərtəbəli fərdi yaşayış evi
Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ev 60 mənzil 57 – 4 otaqlı, 185 kv.m
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 30/4181 saylı bağ evi.
Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 9 saylı ünvanda yerləşən 38 saylı qaraj;
Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində dəyəri bir neçə milyon olan 6 mərtəbəli ofis,
Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 15 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi,
“Port Baku Residence” yaşayış kompleksində ümumi sahəsi 375 kvadrat metr olan 1109 B saylı mənzil, 228 və 233 saylı dayanacaq yerləri,
Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsi 112 ünvanında mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi.

Həbib Axundovun adına olan əmlakların və maşınlaırn siyahısı

Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 A ünvanında yerləşən 0.0225 hektar torpaq sahəsi və üzərində 4 mərtəbəli ofis,
“Port Baku Residence” yaşayış kompleksində 509 B saylı mənzil və əlavə olaraq dayanacaq yerləri.
Bunlar isə Həbib Axundovun maşın kolleksiyasıdır:
“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı Az 10 HH 111, alış tarixi 19.05.2014,
“Jeep Wrangler” minik avtomobili, ili 2013, nömrə nişanı Az 90 XX 111. Alış tarixi 02.07.2014.
“Porsche Panamera” minik avtomobili, ili 2013, nömrə nişanı Az 90 RR 111, alış tarixi 15.02.2014,
“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı Az 90 CF 900, alış tarixi 03.10.2013.
K-45 adlı ABB 1278 bort nömrəli “Yamaha 242 Limited S” tipli gəzinti kateri – yaxta 1 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Həbib Axundovun adına dövlət qeydiyyatına alınıb. Qiyməti yarım milyon manat".

Ay paxıllar, ay kasıblar, bir dəfəlik anlayın ki. belə adamların xətrinə dəymək. onlarda "aşibka" axtarmaq olmaz!Ayıbdı! Publisist Firuz Həşimovun müalicə dərdindən gözləri tutulur! Dilini dinməzcə qoysaydı 195 manatlıq pensiyasını butöv alardı, hətta gözünə müalicədə etdirə bilərdi....

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan