hemle

Növbəti üç günə bölgələrdəki küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Tarix:12-07-2024, 16:40
Baxış Sayı:747

Növbəti üç günə bölgələrdəki küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib
İyulun 13-15-də bölgələrdə gözlənilən fasilələrlə küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Babək, Şahbuz, Kəngərli, Samux, Şəmkir, Ağstafa, Tovuz, Daşkəsən, Göygöl, Zaqatala, Qax, Şəki, Balakən, Zərdab, İmişli, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Yevlax, Bərdə, Tərtər, Ağdam, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Qobustan, Cəlilabad, Lerik, Yardımlıda şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa əsasənisə Ordubad, Culfa, Goranboy, Gəncə, Mingəçevir rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Digər xəbərlər
21:15 Əliyev Paşinyanla görüşə bilər: Sülh müqaviləsinin imzalanma yeri və vaxtı müəyyən edilir
21:13 Naxçıvanda sarı xəbərdarlıq elan edildi
21:10 Zakir Həsənov İsrailin müdafiə naziri ilə bu məsələləri müzakirə etdi
21:08 Sabah bu rayonlarda qaz olmayacaq
16:28 “Gənc İstedadlar Proqram”ında təcrübəçilərin fərdi mövzularının təqdimatı keçirildi
10:20 Beynimiz niyə sürətlə qocalır? - ƏSAS ƏLAMƏTLƏR
10:07 Pakistanda bazarda partlayış - Ölənlər və yaralananlar var
10:05 Həftənin ilk günü hava necə olacaq? - Proqnoz