hemle

Bakıətrafı ərazilərdə çiskinli yağış yağacaq

Tarix:19-12-2023, 18:23
Baxış Sayı:44

Azərbaycanda dekabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-5°, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 771 millimetr civə sütunundan 769 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 5-10° isti olacağı ehtimal edilir.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 2-7° isti olacağı ehtimalı var.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 8°-dək isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı bildirilir.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° isti olacaq.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 2-4°, yüksək dağlıq ərazilərdə 8°-dək şaxta, gündüz 0-4° isti olacağı proqnozlaşdırılır.

Digər xəbərlər
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar
08:25 "Nissan" Yaponiyadakı zavodlarını bağlayacaq
08:20 Robotlar artıq insanı təqlid etməyə yox, anlamağa başlayır
08:17 Hər il 8 milyon insan tütün səbəbindən ölür - Qlobal statistika açıqlandı
08:15 Alimlər Marsda həyatın olması ilə bağlı məşhur fərziyyələrdən birini təkzib ediblər
08:11 Miqren ağrıları zamanı bu qida və içkilər köməyə gələ bilər
08:08 Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı