hemle

Sabah Bakıda yağış yağacaq

Tarix:7-12-2021, 13:22
Baxış Sayı:284

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % olacaq.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi bəzi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 13-17° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 5-10° isti olacaq.

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu