Bu il Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək ölkənin “yaşıl enerji” sahəsində gördüyü işlər üçün stimuldur.
Bunu COP29-un baş icraçı direktoru Elnur Soltanov 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.
E.Soltanov bildirib ki, bu, həyata keçirilən fəaliyyəti bütün dünyaya nümayiş etdirmək imkanı verəcək.
Onun sözlərinə görə, bu kimi məsələlərlə bağlı Azərbaycanın deyəcək çox sözü var: “Azərbaycan artıq neft-qaz sektorunda öz sözünü deyib. Biz dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa çevrilmişik”.