hemle

Rusiyadan savaş anonsu: 4 ölkəyə xəbərdarlıq edildi - Cavab sarsıdıcı olacaq!

Tarix:14-11-2024, 09:58
Baxış Sayı:440



Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın Rusiya ərazisini uzaqmənzilli raketlərlə vurmasına icazə verildiyi təqdirdə onların cavabının 4 ölkə üçün sarsıdıcı olacağını bildirib.

Mariya Zaxarova Moskvada keçirdiyi mətbuat konfransında cari məsələləri dəyərləndirib.

O, Qərbin Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli silahlarla hücum etməsinə icazə vermə ehtimalından danışıb. Zaxarova Vaşinqton, London, Paris və Brüsselin “atəşlə oynadığını” bildirib:

"Əgər Kiyevə bu məsələdə icazə verilsə, biz bunu NATO ölkələrinin Rusiya ilə birbaşa silahlı münaqişəyə girməsi kimi qiymətləndirəcəyik. Bu, münaqişənin mahiyyətini dəyişəcək. Qərbin uzaqmənzilli sistemlərinin ərazimizə qarşı istifadəsinə mütləq cavab veriləcək. Bu cavab onlar (Qərb ölkələri) üçün sarsıdıcı olacaq”.

Zaxarova NATO-nun baş katibi Mark Ruttenin alyans ölkələrinə “Ukraynaya hərbi dəstəyi artırın” çağırışını dəyərləndirib. O qeyd edib ki, bu çağırış gərginliyi azaltmaq, danışıqlara başlamaq və problemi siyasi diplomatik üsullarla həll etmək məqsədi daşımır.

Ukraynada sülhə nail olmağın Qərbin planlarında olmadığını qeyd edən Zaxarova "Qərb Ukraynanın əli ilə ölkəmizə qarşı hibrid müharibəni davam etdirmək niyyətindədir" deyib.

Baltik dənizindəki vəziyyətə toxunan XİN rəsmisi, Baltikin NATO-nun daxili sularına çevrilməsinə imkan verməyəcəklərini bildirib.

Zaxarova həmçinin Moldovanın ötən həftə öz ərazisində qəzaya uğrayan pilotsuz uçuş aparatlarının (PUA) Rusiyaya məxsus olması ilə bağlı bəyanatının əsassız olduğunu vurğulayıb.

Digər xəbərlər
11:25 Qurbanların sayı artır: İsrail ən azı 6 nüvə alimini öldürüb
11:19 İsrail İranın əks-hücumuna belə hazırlaşır: Əhaliyə xəbərdarlıq edildi
11:14 İran PUA-ları bu qədər vaxta İsrailə çatacaq
10:24 İsrail səfərbərlik elan etdi
10:14 Bu gün 37 dərəcə isti olacaq
09:38 “AZAL”ın Təl-Əviv, Dubay və Tehran reysləri ləğv edildi
09:33 İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır - Məxfi razılaşma
09:30 Əhaliyə xəbərdarlıq edildi: İran yaxın saatlarda İsraili vuracaq