hemle

Türk ekspertdən ŞOK XƏBƏDRALIQ: "Ona verilən icazə son dərəcə təhlükəli ola bilər"

Tarix:15-09-2024, 11:17
Baxış Sayı:441



"Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raket zərbələri endirmək icazəsinin verilməsi münaqişənin qaçılmaz şəkildə genişlənməsinə gətirib çıxaracaq".

Bunu "Habertürk" telekanalının efirində türkiyəli professor Hasan Ünal deyib.

“Bu dəfə biz eşidirik ki, Ukraynaya uzaqmənzilli raketlər verək və o, Rusiya ərazisinə zərbə endirsin”, - ekspert bildirib.

H.Ünal vurğulayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski “dəli olub” və istənilən hərəkətə hazır olduğu üçün verilən icazə son dərəcə təhlükəli addım ola bilər. Professor həmçinin qeyd edib ki, Ukrayna lideri bu raketlərə nəzarət etmək iqtidarında deyil.

Bundan əvvəl Rusiya lideri Vladimir Putin Qərbin uzaqmənzilli silahlarından danışaraq, onların Rusiya Federasiyasına hücumlar üçün istifadəsinin "NATO ölkələri, ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olacaq" deyib. Dövlət başçısı Moskvanın müvafiq cavab verəcəyini vurğulayıb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir