hemle

Azərbaycanlı zəvvarların hamısı Bakıya qayıdıb

Tarix:2-07-2024, 11:30
Baxış Sayı:632

Azərbaycanlı zəvvarların hamısı Bakıya qayıdıb
Gecəyarısı Mədinədən Bakıya gələn təyyarə ilə azərbaycanlı zəvvarların son qrupu Bakıya gətirilib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib.

İdarə rəsmisinin sözlərinə görə, Məkkədən sonra Mədinəyə gələn zəvvarlar artıq evə dönüblər:

"Məkkədə həcc ziyarətini başa vurduqdan sonra zəvvarlar peyğəmbərimizin şəhəri sayılan Mədinədə bir neçə gün qonaq olublar. Burada onlar peyğəmbərin məscidində namaz qılıblar, onun məzarını, böyük səhabələrin və imamların qəbirlərini ziyarət ediblər. Zəvvarlar Quba məntəqəsində yerləşən islam tarixinin ilk məscidinə, Uhud döyüşünün baş verdiyi əraziyə və s. tarixi yerlərə təşkil olunmuş ekskursiyadan da zövq alıblar. Artıq bütün zəvvarlar evlərinə qayıdıblar.

Beləliklə, builki həcc missiyasını tamamlanmış hesab etmək olar".

Qeyd edək ki, bu il Azərbaycandan həcc ziyarətinə ümumilikdə 1500 zəvvar yollanmışdı.

Digər xəbərlər
09:58 Regional müharibə və “cihad”: İran nə edəcək, yaxud Xamenei Xomeyni olacaqmı?
09:58 Bakının bu rayonunda qaz olmayacaq
09:52 Bu ölkələrin vətəndaşları da İrandan Azərbaycana keçdi
09:42 İran dövlət televiziyası fəaliyyətini bərpa etdi
09:31 Kiyevə hava hücumu - Ölənlər və xəsarət alanlar var
22:59 Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA
22:57 Pakistan İranla sərhədləri bağladı
22:55 İran yaxın saatlarda Ramat David aviabazasını VURACAQ