hemle

Azərbaycanlı zəvvarlar həcc ziyarətinə başlayıblar

Tarix:14-06-2024, 12:30
Baxış Sayı:764

Azərbaycanlı zəvvarlar həcc ziyarətinə başlayıblar
Bu gün sübh namazından sonra azərbaycanlı zəvvarlar həcc ziyarətinin ehkamlarına əməl etməyə başlayıblar.

Bu gün müsəlman təqviminin sonuncu ayı olan zil-hiccənin (həcc ayının) 8-ci günündə Məkkədəki zəvvarlar ehram (zəvvarların xüsusi geyimi) geyinərək Mina adlanan əraziyə yollanıblar. Onlar bu günü Minadakı çadır şəhərciyində keçirərək namaz qılıb, ibadət və zikr edəcəklər. Sabah isə zəvvarlar sübh namazından sonra Ərəfat çölünə - Rəhmət dağının ətrafına yollanacaqlar.

İslam təqvimində bu gün "təlbiyə" adlanır, çünki o zaman Minada su olmadığı üçün zəvvarlar özləri ilə su daşıyırdılar.

Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər iyunun 4-dən başlayıb. Ümumilikdə 1500 azərbaycanlı zəvvar təyyarələrlə iyunun 10-dək Məkkəyə çatdırılıb. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyulun 2-dək Vətənə qayıdacaqlar.







Digər xəbərlər
10:14 "WhatsApp"da yenilik: Reklamlar və pullu abunəliklər gəlir
09:58 Regional müharibə və “cihad”: İran nə edəcək, yaxud Xamenei Xomeyni olacaqmı?
09:58 Bakının bu rayonunda qaz olmayacaq
09:52 Bu ölkələrin vətəndaşları da İrandan Azərbaycana keçdi
09:42 İran dövlət televiziyası fəaliyyətini bərpa etdi
09:31 Kiyevə hava hücumu - Ölənlər və xəsarət alanlar var
22:59 Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA
22:57 Pakistan İranla sərhədləri bağladı