hemle

Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb, ilk səfər iyunun 29-dadır - EKSKLÜZİV

Tarix:7-06-2022, 10:28
Baxış Sayı:196

Bu il Azərbaycandan Həcc ziyarəti üçün səfər etmək istəyənlərin sənəd qəbulu başa çatıb.

Bu barədə “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.

Şöbə müdiri bildirib ki, artıq siyahıyaalma və qruplaşma prosesi gedir:

“Yaxın günlərdə həmin şəxslərə vizaların verilməsinə başlanılacaq”.

QMİ rəsmisi qeyd edib ki, bütün kvota dolub:

“16 qrup olacaq. Hər təyyarədə 4 qrup olacaq ki, hər qrupda da 45-ə yaxın zəvvarın olması planlaşdırılır. Səfər üçün 4 təyyarə ayrılacaq. İlk zəvvar qrupunun səfəri iyunun 29-da baş tutacaq. Növbəti səfərlər iyunun 30-u, iyulun 1-i və 2-də olacaq”.

Xatırladaq ki, builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.

Qeyd edək ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Digər xəbərlər
12:32 SOCAR-ın “Azəriqaz” İB cari ilin 10 ayı ərzində "ASAN Kommunal" və "ASAN xidmət" mərkəzlərində 271941 vətəndaşa xidmət göstərib
10:19 Tarixi etiraf: rus hərbçilər öz vətəndaşlarının evlərini qarət ediblər
10:17 Formula 1 Bakının mərkəzindən çıxarılır: Görün harada keçiriləcək - EKSKLÜZİV
10:15 Bakıda bir sıra marşrutların fəaliyyəti bərpa edilir
10:13 Bakıda taksi qiymətləri ucuzlaşıb - Şirkətdən açıqlama
10:10 Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi olmağı təklif edib
10:05 Bu gündən yaşayış binalarına İSTİLİK VERİLMƏSİ START GÖTÜRÜR
10:00 Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…