hemle

QMİ MƏLUMAT YAYDI: HƏCC ZİYARƏTİ İLƏ BAĞLI ÖDƏNİŞLƏR…

Tarix:1-07-2020, 21:57
Baxış Sayı:382

Bu il koronavirus səbəbindən Həcc ziyarəti ləğv olunduğuna görə Həcc ziyarəti üçün ödəniş edənlərin bir hissəsinin vəsaiti artıq özünə qaytarılıb.

hemlemedia.az saytı ONN media agentliyinə istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, artıq 20 nəfərə yaxın insan öz vəsaitini geri götürüb. Digər şəxslərin də vəsaitlərinin qaytarılması prosesi davam etdirilir və bütün vəsaitlər tam olaraq geri ödəniləcək.

Bu il Həcc ziyarətinin ləğv olunması ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gəlib. Bu səbəbdən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu da ləğv edilib.

Bu il 250-ə qədər şəxs Həcc ziyarətinə getmək üçün müraciət etmişdi və onlardan 150 nəfərə qədəri ödənişi etmişdi.

Qeyd edək ki, martın 24-dən Həcc ziyarətinə sənəd qəbul edilmir.

Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbulu yanvarın 27-dən martın 24-ə qədər davam edib.

Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar olub. Builki qiymət artımı hotel xidmətlərinin bahalaşması və viza rüsumunun tətbiq edilməsi ilə bağlı idi.
hemlemedia.az

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı