hemle

AZƏRBAYCANDA BU ŞƏXSLƏRƏ 250 MANAT TƏQAÜD VERİLİR – RƏSMİ

Tarix:19-05-2020, 17:39
Baxış Sayı:371

Peşə hazırlığına cəlb olunmuş, lakin pandemiya ilə əlaqədar peşə hazırlığında fasilə yaranmış 520 nəfər işsiz və işaxtaran şəxsə fasilə dövrü üzrə təqaüdlərin ödənişi aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONN media-ya verilən məlumata görə, nazirlik tərəfindən onların hər birinə fasilə dövrü üzrə aylıq minimum əməkhaqqı qədər (250 manat) təqaüd verilir.

Ümumilikdə bu ilin əvvəlindən Nazirlik yanında Dövlət Məşğulluq Xidməti 800 nəfər işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edib. Onlardan pandemiya ilə əlaqədar 520 müdavimin peşə hazırlığında fasilə yaranıb.

Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Xidmət tərəfindən peşə hazırlığına cəlb edilirlər. Bu da onların əmək bazarına çıxışına və məşğulluğunun təminatına imkan yaradır.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir