hemle

Biləsuvarda ağır yol qəzası olub, 10-dan çox sərnişin yaralanıb - YENİLƏNİB

Tarix:28-06-2024, 18:00
Baxış Sayı:599

Biləsuvarda ağır yol qəzası olub, 10-dan çox sərnişin yaralanıb - YENİLƏNİB
Bu gün saat 15:10 radələrində Biləsuvar rayon Mübariz İbrahimov küçəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 12 nəfər (10 nəfəri qadın, 2 nəfəri kişi cinsli olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Bu barədə Muğan bürosuna TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

16:03
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb.

Qəza zamanı mikroavtobusla minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan 10-dan çox sərnişin rayon xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?