hemle

TƏBİB Binəqədidə baş verən yanğında xəsarət alanlar barədə məlumat yaydı

Tarix:23-11-2023, 23:12
Baxış Sayı:71

23.11.2023-cü il saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın nəticəsində 6 nəfər (1 qadın, 5 kişi olmaqla) xəsarət alıb. Onlardan 4 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Nərimanov Tibb Mərkəzinin tabeliyindəki Yanıq Mərkəzinə təxliyə olunub. 1 nəfərə isə (kişi cinsli, 35 yaşlı) sağ qaşüstü nahiyənin I dərəcəli yanığı diaqnozu ilə yerində yardım göstərilib.

Kliniki Tibbi Mərkəzə təxliyə olunan 33 yaşlı vətəndaşa (kişi cinsli) sağ bud nahiyəsinin deşilmiş yarası, 28 yaşlı vətəndaşa (kişi cinsli) sol çiyin nahiyəsinin deşilmiş yarası, 56 yaşlı vətəndaşa (kişi cinsli) bud-çanaq nahiyəsinin travması, 39 yaşlı vətəndaşa (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin yanığı, sağ qolun travması diaqnozu qoyulub.

Yanıq Mərkəzinə təxliyə olunan 40 yaşlı vətəndaşa (kişi cinsli) sağ ayağın II-III dərəcəli yanığı diaqnozu qoyulub.

Hazırda tibb müəssisələrinin müvafiq şöbələrində zərərçəkənlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Digər xəbərlər
21:05 Prezident görüşlər keçirir - Yenilənir
21:04 Bu rayonda işıq kəsiləcək
20:46 Qarın piyini əritməyin ən yaxşı yolu BUDUR
20:44 İrəvan Bakının sülh müqaviləsi ilə bağlı son təklifinə cavab verdi
20:41 "Çox vacib söhbət baş tutdu" - Paşinyan Əliyevlə görüşündən danışdı
20:39 Dubay şokoladı xərçəngə səbəb olur - Canan Karataydan şok iddia
17:30 Sabah bu regionlarda 40 dərəcə şaxta olacaq
17:25 Azərbaycanda ilk: Bakıda özəl aeroport tikilir