hemle

Dilçi alimdən təklif: "Məmurlar ana dilindən imtahan verməklə işə götürülsün"

Tarix:19-05-2020, 17:14
Baxış Sayı:430

"Xeyli sayda məmurlarımız dili yaxşı bilmədiyinə görə cəmiyyətdə qınaq obyektinə çevrilib".

Bunu "MediaPost"a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, dilçi alim Şahlar Göytürk deyib. Ekspert sözügedən problemin aradan qaldırılması üçün məmurların dil imtahanından keçirilməsini təklif edib:

“Bunun yeganə yolu yaxın gələcəkdə Azərbaycan dilini bilməyən, bu dildə yaxşı danışa bilməyən şəxslərin yüksək postlara təyin olunmamasıdır. Heç kimə sirr deyil ki, bu bir Azərbaycan reallığıdır və problemin həlli üçün müəyyən qədər vaxt lazımdır. Əgər sən bu cəmiyyətdə bu ölkədə yaşayırsansa, vəzifə tutursansa, dili mənimsəməlisən. Ona görə də cəmiyyət Azərbaycan dilinə, kökünə, mədəniyyətinə bağlı olmayan insanların yüksək vəzifədə olmasını istəmir. Hələlik bu barədə qanunvericilikdə müddəa yoxdur. Fikirləşirəm ki, yaxın gələcəkdə ya yüksək vəzifələrə təyin olunan məmurlar Azərbaycan dilindən imtahan verməli, ya da dövlətçilik şüuru formalaşdıqca bu məmurlar da öz üzərlərində işləməlidir. Əks halda dili bilməmək indi olduğu kimi ictimai qınaqlara gətirib çıxaracaq”.

Digər xəbərlər
10:14 "WhatsApp"da yenilik: Reklamlar və pullu abunəliklər gəlir
09:58 Regional müharibə və “cihad”: İran nə edəcək, yaxud Xamenei Xomeyni olacaqmı?
09:58 Bakının bu rayonunda qaz olmayacaq
09:52 Bu ölkələrin vətəndaşları da İrandan Azərbaycana keçdi
09:42 İran dövlət televiziyası fəaliyyətini bərpa etdi
09:31 Kiyevə hava hücumu - Ölənlər və xəsarət alanlar var
22:59 Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA
22:57 Pakistan İranla sərhədləri bağladı