hemle

Muxtar Babayev: COP29 komandası qlobal tərəfdaşlıqları inkişaf etdirməyə çalışır

Tarix:12-06-2024, 11:30
Baxış Sayı:780

Qlobal karbon emissiyalarının təxminən 2%-ni aviasiya təşkil edir və bu sahə son onilliklərdə dəmir yolu, avtomobil və dəniz nəqliyyatından daha sürətlə böyüyür.

Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammiti və Azərbaycan Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatının (CANSO) 28-ci illik ümumi iclasında deyib.

“COP-a ev sahibliyi edən növbəti ölkə seçildikdən sonra Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) hər kəs üçün uğur hekayəsinə çevrilməsini təmin etmək gərəkdir. Bu məqsədlə bütün ölkələr və maraqlı tərəflərlə fəal şəkildə qarşılıqlı əlaqə qurulur. COP29 sədrliyi bütün fikirləri və mövqeləri dinləmək üçün artıq Afrika, Karib dənizinin kiçik ada dövlətləri, Mərkəzi Asiya, Avropa və Şimali Amerika da daxil olmaqla dünyanın müxtəlif yerlərində olub”, - o bildirib.

M.Babayev vurğulayıb ki, komanda COP29-da ümumi məqsədə nail olmaq üçün ölkələri, sənayeləri və s. birləşdirərək qlobal tərəfdaşlıqları inkişaf etdirməyə çalışır: “Qlobal aviasiya sənayesinin bütün liderlərini problemi qətiyyətlə qəbul etməyə çağırıram. Səyləriniz, innovasiyalarınız və öhdəliyiniz aviasiyanın davamlı gələcəyinin formalaşdırılması üçün çox vacibdir. Biz birlikdə bütün dünyada hava hərəkətinin idarə edilməsinin səmərəliliyini artıra və ümumi iqlim məqsədlərimizə nail olmaq üçün əhəmiyyətli töhfə verə biləcəyik”.

Bizim Telegram kanalımıza abunə olun

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir