hemle

Azərbaycan Beynəlxalq Çay Günündə təmsil olunub

Tarix:11-06-2024, 11:30
Baxış Sayı:678

Azərbaycan Beynəlxalq Çay Günündə təmsil olunub
Azərbaycan Parisdə, UNESCO-nun mənzil qərargahında keçirilən Beynəlxalq Çay Günündə təmsil olunub.Ölkəmiz artıq üçüncü ildir ki, “Fransa-Azərbaycan Dialoqu Assosiasiyası” və “Toğrul Nərimanbəyov Assosiasiyası”nın təşkilatçılığı ilə beynəlxalq tədbirdə təmsil olunur.

Stendimizdə Azərbaycan çay məhsulları, çay süfrəsi ləvazimatları ilə yanaşı milli geyimlərimizə, incəsənətimizə, milli oyun növü “Çövkən”ə həsr olunmuş kitabçalar nümayiş olunub.

Azərbaycan stendini müxtəlif ölkələrin diplomatları, jurnalistlər və digər qonaqlar ziyarət ediblər.

Tədbirdə Nəcəfova Dilbər və Kəskin Dərya Azərbaycan milli rəqslərini ifa ediblər. Tədbirdə həmçinin azərbaycanlı fleyta ustası Ağarahim Quliyev də çıxış edib.

Qonaqlar Azərbaycan mətbəxinin ləziz yeməklərinin də dadına baxıblar.

Festivalda bu il 16 ölkə təmsil olunub ki, onların arasında Qazaxıstan, Qırğızıstan, Çin Xalq Respublikası, İndoneziya, Şri-Lanka, Vyetnam, Yaponiya, Monqolustan, Fransa, Mərakeş və digər ölkələr yer alıb.

Ölkələr milli çay süfrəsi mədəniyyətləri ilə yanaşı milli musiqilərini, rəqslərini, incəsənətlərindən nümunələr də nümayiş ediblər.




Digər xəbərlər
21:30 2025-ci ilin may ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?
21:25 Məşhur ekstrasensdən 2025-ci ilin sonu ilə bağlı QORXUNC PROQNOZ
21:22 Sabah bu ərazilərdə qaz olmayacaq
21:19 Azərbaycanda ən çox tələb olunan 5 peşə
21:17 Azərbaycan və Qazaxıstan birgə PUA təlimlərinə hazırlaşır
21:15 İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü
16:47 Papanın dəfnində minlərlə əsgər hazır vəziyyətdə olub: Haradan hücum gözlənilirmiş?
16:45 İlham Əliyev Sumqayıtda bir sıra müəssisələrin açılışını etdi