hemle

ABŞ-də beynəlxalq festivalda Azərbaycana xüsusi maraq müşahidə edilib

Tarix:7-05-2024, 09:30
Baxış Sayı:639

ABŞ-də beynəlxalq festivalda Azərbaycana xüsusi maraq müşahidə edilib
Azərbaycanın ABŞ-dəki səfirliyi ənənəvi olaraq hər il keçirilən "Passport DC" "Dünya ətrafında Səfirliklər Turu" beynəlxalq festivalında uğurla iştirak edib.
Vaşinqton şəhər meriyasının təşkilatçılığı ilə təşkil olunan festivalda Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi qapılarını paytaxt sakinlərinə və tədbirə dünyanın dörd yanından gələn çoxsaylı qonaqlara açıq elan edib.
Festivalda iştirak edən çoxsaylı qonaqlara ölkəmizin milli mədəni irsini, füsunkar təbiətini və müxtəlif sahələrdə əldə etdiyi əlamətdar uğurlarını əks etdirən əyani vəsaitlər, xüsusilə Azərbaycan xalçaları, milli geyimlər, rəsm əsərləri, xəritə, kitablar, müxtəlif nəşrlər təqdim olunub.
Azərbaycanın ABŞ-dəki səfirliyinin mətbuat katibi Cəmilə Məmmədova bildirib ki, ölkəmiz festivalda diplomatik korpus və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə təmsil olunub.
C.Məmmədova deyib ki, səfirliyin əməkdaşları gün ərzində ziyarətçilərə Azərbaycanın coğrafi mövqeyi, zəngin tarixi, qədim adət-ənənələri və qonaqpərvər insanları haqqında məlumat verib, müxtəlif mövzularda sualları cavablandırıblar: "Ölkəmiz növbəti dəfə bu festivalda iştirak etdi, tədbir çərçivəsində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzini ziyarət edən qonaqların ölkəmizə olan böyük marağı bizi sevindirdi. Onlara milli rəqslərimiz "Sarı gəlin" və "Koroğlu" rəqslərini və Azərbaycanın digər müsiqilərini təqdim etdik. Bununla yanaşı, festivalda qonaqlara Azərbaycanın müxtəlif bölgələrindən Vaşinqtona gətirilən, xanımlarımızın əlləri ilə toxuduqları yun və ipək xalçalar təqdim olundu".
Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində yaradılan xüsusi guşədə suvenirlər və milli mətbəximizin ləziz təamları da nümayiş etdirilib: "Festivalda qonaqlara Azərbaycan şərabları, mürəbbələr, ləziz meyvə şirələri təqdim olunub. Eyni zamanda qonaqlara Azərbaycanda olan investisiya imkanları barədə də ətraflı məlumat verdik. Bununla bağlı binada quraşdırılan xüsusi monitorlarda tanıtım çarxları nümayiş olundu. Qonaqlardan bəziləri daha öncə ölkəmizə səfər etmiş şəxslər idi, onlar Azərbaycanla bağlı gözəl xatirələrini bölüşdülər. Həmçinin Azərbaycana səfər etməyi planlaşdıran bəzi ziyarətçilər bizdən ölkəmizlə bağlı müxtəlif məlumatlar aldılar".
Qeyd edək ki, festival çərçivəsində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzini 100-dən çox qonaq ziyarət edib. Otuzdan çox ölkənin Vaşinqtondakı diplomatik korpusu “Açıq qapı” günündə iştirak edib. Hər il mayda, beynəlxalq mədəniyyətlərin maarifləndirmə ayı ərzində qeyd olunan festivalda məqsəd dünya ölkələrinin zəngin tarixini, milli mədəniyyətini, mətbəxini və kimliklərini ABŞ-dən dünyaya tanıtmaqdır.









Digər xəbərlər
21:30 2025-ci ilin may ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?
21:25 Məşhur ekstrasensdən 2025-ci ilin sonu ilə bağlı QORXUNC PROQNOZ
21:22 Sabah bu ərazilərdə qaz olmayacaq
21:19 Azərbaycanda ən çox tələb olunan 5 peşə
21:17 Azərbaycan və Qazaxıstan birgə PUA təlimlərinə hazırlaşır
21:15 İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü
16:47 Papanın dəfnində minlərlə əsgər hazır vəziyyətdə olub: Haradan hücum gözlənilirmiş?
16:45 İlham Əliyev Sumqayıtda bir sıra müəssisələrin açılışını etdi