hemle

İlk döyüş

Tarix:8-06-2024, 13:30
Baxış Sayı:789

İlk döyüş
Mövləvi Əmənullanın və onun silahlı dəstəsinin məhv edilməsi tapşırığı Elşad Şabanova həvalə edilmişdi. Onun əldə etdiyi kəşfiyyat məlumatlarına görə dəstə üzvləri əsir götürülən sovet sərhədçilərini Mövləvi Əmənulla tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilməsinin əleyhinə olublar. Sovet sərhədçilərinin qisasını “Şurəvi”lərin, yəni Sovet Ordusunun bağışlanmayacağını yaxşı bilirdilər. Dəstənin ağsaqqalları əsir götürdükləri əsgərlərin başlarının kəsilməsinə qarşı olsalar da, onlar buna nail ola bilməmişdilər. Təhlükəni hiss edən tayfa ağsaqqalları Əmənullaya əhalinin nəzarətində olan kışlaklardan müvəqqəti olaraq çıxmasını, başqa əraziyə köçürülməsini təklif ediblər. Silahlılar bir neçə kışlakdan çıxarılmışdı. Ağsaqqalların gözlədiyi hadisə baş verdi. SSRİ-nin Tacikistanın Gülxana bazasından qalxan sərhədçilərin vetorlyotları boşaldılmış məntəqələrə raket zərbələri endirdi. Kışlaklar boş olduğundan mücahidlərdən xəsarət alan olmur. Bir neçə gündən sonra Elşad Şabanov sərhədçilərlə birlikdə Mövləvi Əmənullanın bandasını məhv etmək üçün plan hazırladı. Aldığı məlumata əsasən məlum hadisədən sonra Əmənullanın döyüşçülərlə yersiz davranışları, sıravi mücahidlərə və ağsaqqallara qarşı kobud rəftarı bir sıra banda üzvlərinin ondan üz döndıərməsinə səbəb olubmuş. Mövləvi Əmənullanın bandasını tərk edən mücahidlərin bir qismi daha böyük gücə malik olan Rəbbaninin yaxın adamlarından biri olan Mövləvi Cəlilin silahlı dəstəsinə qoşulublar.


Elşad Şabanov tabeliyinə verilən batalyonla hücuma hazırlaşsa da o, son anda qərarını dəyişib. Əldə etdiyi kəşfiyyat məlumatlarına əsasən Əmənullanın bandasında döyüşçülər arasındakı narazılıq və ruh düşkünlüyünü nəzərə alır, mücahidləri və günahsız insanları məhv etmək istəmir. Amansızlıqla qətlə yetirilən silahdaşlarının qisasını almaq istəyən xüsusi təlim keçmiş sərhədçilərdən ibarət batalyon hücum əmrini səbirsizliklə gözlyirdi. Elşad Şabanov hər bir qərarı səbirlə, təmkinlə qəbul etməyi özünə borc bilirdi. O, yaxşı bilirdi ki, hücum etsə, yenə sərhədçi əsgərlərdən yaralanan və həlak olanlar olacaq. Elşad Şabanov Əmənullanın məhv edilməsi tapşırığının istiqamətini dəyişdi. Onu sui-qəsdlə aradan götürmək barədə plan hazırladı. Mövləvi Əmənullanın bandasının bir neçə üzvünü ələ alan Elşad Şabanov onların vasitəsilə səhərə yaxın Mövləvi Əmənullanı yatağında öldütdürdü. Dan yeri söküləndə sərhədçilər hücuma keçdilər. Gecə baş verənlərdən bixəbər mücahidlər az bir vaxtda böyük itki verərək məğlub oldular. Günortaya yaxın döyüş Sovet əsgərlərin qələbəsi ilə başa çatdı.
Döyüşdə 30-a qədər mücahid məhv edilib, 10 nəfər ağır və yüngül yaralı əsir götürülüb. Sağ qalan dəstə üzvləri mühasirədən çıxaraq döyüş yerini tərk ediblər. Sovet sərhədçılərindən 2 nəfər həlak olub, 5 nəfər əsgər yaralanıb. Elşad Şabanovun ilk döyüşü uğurla başa çatıb. Batalyonun döyüşçülərinin inam və etibarını qazanan Elşad Şabanov hamı tərəfindən sevilməyə başlayıb. Əsgərlər onunla növbəti döyüş əməliyyatlara getməyə can atdıqlarını açıq-aşkar deyirdilər. Sıravi döyüşçülərin rəğbətini qazanan Elşad Şabanov batalyon və bölük komandirlərinin qısqanclığını da hiss edirdi. Elşad Şabanov onların qısqanclığını nəzərə almır və qarşıya qoyulan hər bir döyüş tapşırığını yüksək səviyyədə icra edirdi…
Bəxtiyar ƏLİYEV

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ