hemle

Şəhidin qardaşı: "Onun oğlu ömrünün sonuna qədər atasının axtarışında olub"

Tarix:7-06-2024, 11:30
Baxış Sayı:768

Şəhidin qardaşı: "Onun oğlu ömrünün sonuna qədər atasının axtarışında olub"
İllərdir onun harada olduğu barədə məlumat əldə edə bilmirdik. Təəssüf ki, şəhidin həyat yoldaşı və övladı bu günü görə bilmədi.

Birinci Qarabağ Müharibəsində itkin düşən, 31 ildən sonra nəşinin qalıqları doğulduğu Gəncə şəhərinə gətirilən şəhid İxtiyar Əkbərovun qardaşı Qabil Əkbərov deyib.

Q.Əkbərov şəhidin oğlunun gənc yaşında xəstəliyə tutularaq dünyasını dəyişdiyini bildirib:

"O, ömrünün sonuna qədər atasının aqibətini araşdırırdı, onu tapmağa çalışırdı. İndi bizim gözümüz yollardan çəkildi. Qardaşım Vətən uğrunda canından keçib, onun 31 il sonra tapılaraq üzə çıxması bizi sevindirir. Artıq şəhidimiz doğma şəhərindədir. Onun tapılmasında başda Prezident İlham Əliyev olmaqla, hər kəsə təşəkkür edirəm. Arzu edirəm ki, bütün naməlum şəhidlərimizin taleyi məlum olsun, yaxınlarının gözü yoldan çəkilsin".

Qeyd edək ki, İxtiyar Hüseyn oğlu Əkbərov 1960-cı il yanvarın 24-də Gəncədə anadan olub. O, 1993-cü oktyabrın 13-də Ağdərə rayonunun Heyvalı (Drmbon) kəndində itkin düşüb.

İ.Əkbərov bu gün Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?