hemle

Saatlıda Birinci Qarabağ müharibəsinin şəhidi Namiq Cəfərov dəfn edilib - YENİLƏNİB

Tarix:5-06-2024, 18:00
Baxış Sayı:771

Saatlıda Birinci Qarabağ müharibəsinin şəhidi Namiq Cəfərov dəfn edilib - YENİLƏNİB
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Namiq Balaxan oğlu Cəfərovla Saatlı şəhərində keçirilən vida mərasimi başa çatıb.
Şəhidin nəşi Saatlı şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Saatlı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

12:10
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Namiq Balaxan oğlu Cəfərovun meyitinin qalıqları Saatlı şəhərinə gətirilib.

Şəhidin nəşi Saatlı şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Namiq Balaxan oğlu Cəfərov 1973-cü il avqustun 9-da Saatlı şəhərində anadan olub. O, 1992-ci il sentyabrın 30-da Ağdərə rayonunda itkin düşüb.

N.Cəfərov Saatlı şəhəri Şəhidlər Xiyabanında dəfn olunacaq.



Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ