hemle

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxsin kütləvi məzarlıqda tapılan qalıqları dəfn olunub

Tarix:16-05-2024, 14:30
Baxış Sayı:773

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxsin kütləvi məzarlıqda tapılan qalıqları dəfn olunub
Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Novruz Mahmud oğlu Quliyevin Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzuli rayonunda torpağa tapşırılıb.

şəhid Novruz Quliyevin nəşi Füzulidə izdihamla qarşılanıb və ailəsinin yaşadığı Füzuli ərazisindəki qəsəbəyə gətirilib.

Şəhidlə vida mərasimi olub.

Nəşin qalıqları Bala Bəhmənli kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hökumət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Novruz Mahmud oğlu Quliyev 1964-cü ildə Füzuli rayonunun Çimən kəndində doğulub. Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılıb. Çimən kəndində gedən döyüşlər zamanı itkin düşüb.

Novruz Quliyevin nəşinin qalıqları 2022-ci ildə Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar