hemle

Xırdalanda Birinci Qarabağ müharibəsinin şəhidi Rövşən Əliyev dəfn edilib – YENİLƏNİB

Tarix:5-06-2024, 16:30
Baxış Sayı:768

Xırdalanda Birinci Qarabağ müharibəsinin şəhidi Rövşən Əliyev dəfn edilib – YENİLƏNİB
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rövşən Məcid oğlu Əliyevlə Xırdalan şəhərində keçirilən vida mərasimi başa çatıb.
Şəhidin nəşi Xırdalan qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

11:11
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rövşən Məcid oğlu Əliyevin meyitinin qalıqları Xırdalan şəhərinə gətirilib.

Şəhidin nəşi Xırdalan şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Rövşən Məcid oğlu Əliyev 1973-cü il martın 20-də Xırdalanda anadan olub. O, 1992-ci il noyabrın 11-də Laçın rayonunun Təzəkənd kəndində itkin düşüb.

R.Əliyev Xırdalan qəbiristanlığında dəfn olunacaq.

Digər xəbərlər
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar
08:25 "Nissan" Yaponiyadakı zavodlarını bağlayacaq
08:20 Robotlar artıq insanı təqlid etməyə yox, anlamağa başlayır
08:17 Hər il 8 milyon insan tütün səbəbindən ölür - Qlobal statistika açıqlandı
08:15 Alimlər Marsda həyatın olması ilə bağlı məşhur fərziyyələrdən birini təkzib ediblər