hemle

Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatında uduzduğumuz rəqibə qalib gəlmək istəyirik

Tarix:6-06-2024, 12:30
Baxış Sayı:786

Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatında uduzduğumuz rəqibə qalib gəlmək istəyirik
Dünya çempionatında bu rəqibə uduzmuşduq. İndi isə qalib gəlmək niyyətindəyik.

Bunu açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatının 1/4 finalında Qazaxıstana qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

Mütəxəssis bütün oyunçularına inandığını bildirib: "Qrup mərhələsindən sonra güc qoymasan, mərhələ adlamaq mümkün deyil. Çünki komandalar çox güclüdürlər. İkiqat güc itirməliyik ki, hər matçda qalib gələk. Bu da çətin olur. Düşünürəm ki, Qazaxıstanla oyunda daha yaxşı vəziyyətdə meydançaya çıxa biləcəyik. Komandama inanıram".

Baş məşqçi 1/8 finalda Bolqarıstana 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmaya da toxunub: "Çox çətin görüş idi. Bolqarıstan yığması həqiqətən güclüdür. İlk "10-luq"da olan komandalardan biridir. Bizim üçün də sevilməyən rəqiblərdən biridir. Bizə tərs kollektivdir. Güc itirsək də, qalib gəldik. Uşaqlara təşəkkür edirəm. Meydançada çox əziyyət çəkdilər".

Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan - Qazaxıstan matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Digər xəbərlər
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR
09:56 Robotlar üçün özünü bərpa edən əzələlər yaradıldı
09:51 Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi
21:20 Danışıqlar uğursuz olarsa, Ukraynanı nə gözləyir? - İki ssenari
10:13 ELOĞLUM FƏXRİMİZDİ