hemle

“Nant”ın baş məşqçisi: “Qarabağ”la oyunda qalib gəlməyə çalışacağıq”

Tarix:12-09-2022, 10:35
Baxış Sayı:195

“Avropa Liqasında və çempionatda qalib gəlməyi bacarmalıyıq. Ardıcıl iki qələbə qazanmağa çalışacağıq. Futbolçulardan gözlədiyim də budur”.

hemlemedia.az xəbər verir ki, bunu “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare Liqa 1-in VII turunda “Loryan”ə 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

59 yaşlı mütəxəssis məğlubiyyətə görə çox məyus olduğunu bildirib. Sarsıdıcı məğlubiyyət aldıqlarını söyləyən fransalı baş məşqçi ardıcıl iki qələbə qazanma ehtimalında söz açıb:

“Bunu cümə axşamı və xüsusilə bazar günü görəcəyik. İstəyimizi gerçəkləşdirmək üçün iki müsbət nəticə əldə etməliyik. Cümə axşamı “Qarabağ”a, bazar günü isə yaxşı formada olan “Lans”a qarşı nə edəcəyimizi görəcəyik”.

Qeyd edək ki, “Qarabağ” “Nant”la sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək. Görüş saat 20:45-də başlanacaq.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ